Kim azanı işitdiyi zaman: [Allahummə Rabbə həzihi-d-də'vati-t-təmməti va-s-saləti-l qaiməti əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəb'ashu məqa­mən məhmudəni-l-ləzi va'adtəhu] «Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik…

Kim azanı işitdiyi zaman: [Allahummə Rabbə həzihi-d-də'vati-t-təmməti va-s-saləti-l qaiməti əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəb'ashu məqa­mən məhmudəni-l-ləzi va'adtəhu] «Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən mə­qama çatdır» – deyərək dua edərsə, Qiyamət günün şəfaətim ona vacib olar

Cabir bin Abdullah (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: "Kim azanı işitdiyi zaman: [Allahummə Rabbə həzihi-d-də'vati-t-təmməti va-s-saləti-l qaiməti əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəb'ashu məqa­mən məhmudəni-l-ləzi va'adtəhu] «Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən mə­qama çatdır» – deyərək dua edərsə, Qiyamət günün şəfaətim ona vacib olar".

[Səhih] [Əl-Buxari rəvayət etdi]

الشرح

Peyğəmbər (sallallahu aleyhi və səlləm) izah edir ki, kim azanı eşidib, azan bitirdikdən sonra belə dyərsə: (Bu dəvətin Rəbbi olan Allahım). Yəni: Bunlar, Allahın ibadətinə və namaza çağırmaq üçün oxunan azan sözləridir. (Tam). Yəni: Kamil. Tövhid və risalət dəvəti. (Qılınacaq namazın). Yəni: Davamlı, qılınacaq namaz. (Ver). Yəni: Əta et. (Muhəmmədə vasitəçilik haqqını). Yəni: Cənnətdə yalnız Peyğəmbərə (sallallahu aleyhi və səlləm) məxsus olan yüksək məqamı. (Və fəziləti). Yəni: Məxluqatın dərəcələrindən üstün olan dərəcəni. (Onu çatdır). Yəni: Ona bəxş et. (Təriflənən mə­qama). Yəni: Orada duran təriflənir. Bu, Qiyamət günü ən böyük şəfaətdir. (Ona vəd etdiyin). Yəni: Uca Allahın: (Bəlkə Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin) (İsra: 79) ayəsində, bu məqamın yalnız Peyğəmbərə (sallallahu aleyhi və səlləm) məxsus olacağına dair verdin vədi. Kim azandan sonra bu duanı deyərsə, Qiyamət günü Peyğəmbərin (sallallahu aleyhi və səlləm) şəfaətinə layiq olar.

فوائد الحديث

Bu duanın, müəzzinin ardınca təkrarlanma bitdikdən sonra oxunmasının sünnədir. Amma kim azanı eşitməyibsə, bu duanı deməməlidir.

Rəsulullahın (sallallahu aleyhi və səlləm) fəziləti. Belə ki, axirətdə ona, vasitəçilik haqqı, fəzilət, tərifəlayiq məqam və məxluqlar arasında hökm vermək üçün ən böyük şəfaətçi olma izni verilmişdir.

Rəsulullahın (sallallahu aleyhi və səlləm): "Qiyamət günü şəfaətim ona vacib olar" sözünə əsasən, Onun şəfaət etmə haqqının isbatı.

Qiyamət günü Peyğəmbərin (sallallahu aleyhi və səlləm) şəfaəti, ümmətindən böyük günah sahiblərinin Cəhənnəmə girməməsi, Cəhənnəmə girənlərin, oradan çıxması və ya Cənnətə sorğu-sualsız daxil olmaları yaxud Cənnətə daxil olanların dərəcələrinin yüksəldilməsi üçün olacaqdır.

التصنيفات

Axirət həyatı, Azan və iqamə