Allahdan rəbb olaraq, İslamdan din olaraq, Muhəmməddən rəsul olaraq razı olan kəs imanın şirinliyini dadmışdır

Allahdan rəbb olaraq, İslamdan din olaraq, Muhəmməddən rəsul olaraq razı olan kəs imanın şirinliyini dadmışdır

Əl-Abbas bin Əbdul Muttalibdən - radiyallahu anhu – rəvayət edilir ki, o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitmişdir: Allahdan rəbb olaraq, İslamdan din olaraq, Muhəmməddən rəsul olaraq razı olan kəs imanın şirinliyini dadmışdır.

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, imanında sadiq olan və qəlbi bununla aram tapan mömin əgər üç şeydən razı olarsa, qəlbində açıqlıq, genişlik, sevinc, şirinlik və Uca Allaha yaxınlığın ləzzətini hiss edər: Birincisi: O, Rəbb olaraq Allahdan razı olarsa və bu, rububiyyətin gərəyi olaraq Allahdan gələn ruzi və şərait bölgüsünə qəlbinin açılması(qane olması)və bunlardan heç birinə qəlbində etiraz olmaması və Uca Allahdan başqa bir Rəbb istəməməsi ilə olur. İkincisi: İslamdan din olaraq razı olarsa və bu, İslamın əhatə etdiyi vaciblər və mükəlləfiyyətlərə qəlbini açmaqla və İslamdan başqa bir yola can atmamaqla olur. Üçüncüsü: Rəsul olaraq Muhəmməddən (Allahın salavatı və salamı onun üzərinə olsun) razı olarsa və bu, tərəddüd və şübhə etmədən onun gətirdiyi hər bir şeyə qəlbini açması və buna sevinməsiylə və yalnız onun hidayətinə uyğun olan yolu izləməsi ilə olur.

فوائد الحديث

Yeməyin və içkinin şirinliyi ağızda hiss olunduğu kimi, imanın da qəlbdə hiss olunan bir şirinliyi və dadı vardır.

Bədən, yalnız sağlam olduğu halda, yeməyin və içməyin şirinliyini hiss edir, eynilə qəlb əgər azdırıcı arzu və haram istəklər xəstəliyindən qurtularsa, imanın şirinliyini hiss edər, xəstə olduqda isə imanın şirinliyini hiss etməz, əksinə, onu məhv edəcək istəkləri və günahları şirin hesab edə bilər.

Əgər insan bir şeydən razı qalar və onu bəyənərsə, onun işi onun üçün asan olar, bundan heç bir şey onun üçün çətin gəlməz və onun gətirdiyi hər bir şey ilə fərəhlənər, qəlbi onunla sevinər. Eləcə də mömin, əgər iman onun qəlbinə daxil olarsa, Rəbbinə itaət onun üçün asanlaşar və nəfsi bundan ləzzət alar və itaətin əziyyəti ona çətin gəlməz.

İbn əl-Qeyyim demişdir: “Bu hədis, pak və nöqsansız Allahın rububiyyətindən və ilahlığından razılıq, rəsulundan razılıq və ona tabe olmaq, dinindən razılıq və ona təslim olmağı əhatə edir.

التصنيفات

İmanın artması və azalması