إعدادات العرض
İslam beş təməl üzərində qurulub
İslam beş təməl üzərində qurulub
Əbu Abdurrahman Abdullah bin Ömər bin Xattab (Allah ondan razı olsun) demişdir: Mən Allah Rəsulunun (salləllahu aleyhi va səlləm) belə dediyini eşitdim: "İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
[Səhih] [رواه البخاري ومسلم]
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia ئۇيغۇرچە বাংলা Français Türkçe Русский Bosanski සිංහල हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Nederlands ગુજરાતી Кыргызча नेपाली Yorùbá Lietuvių دری Српски Soomaali тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Fulfulde Oromoo ಕನ್ನಡ Wolof O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayu Yaoالشرح
Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) beş sütun üzərində qurulan İslamı inşa olunmuş möhkəm bir binaya bənzədib, İslamın digər xüsusiyyətləri isə bu binanın tamamlanması kimidir. Bu sütunlardan birincisi: iki şəhadət - Allahdan başqa ibadətə layiq məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna şəhadət gətirməkdir ki - bu da bir sütundur, biri digərindən ayrılmazdır. İnsan, Allahın təkliyini, yalnız Onun ibadətə layiq olduğunu etiraf edib, şəhadətin tələblərinə uyğun əməl edib və Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəriətinə iman gətirib və ona tabe olaraq bu şəhadəti tələffüz edir. İkinci sütun: gün ərzində vacib olan beş namazı- sübh, zöhr, əsr, məğrib, işa namazlarını şərtlərinə, ərkanlarına və vaciblərinə uyğun qılmaq. Üçüncü sütun: vacib zəkatın ödənilməsi - bu, vacib ibadət olaraq şəriətlə tənzimlənir, sərvətin miqdarı müəyyən həddə çatdıqda təyin edilmiş hissəsi ehtiyaclılara verilir. Dördüncü sütun: həcc - tələb olunan əməlləri yerinə yetirmək məqsədi ilə Məkkəyə yollanmaq və bununla da uca Allaha ibadət etmək. Beşinci sütun: Ramazan orucu, Allaha ibadət niyyəti ilə səhər dan yeri ağarandan-gün batana qədər yemək, içmək və orucu pozan başqa şeylərdən çəkinməkdir.فوائد الحديث
İki şəhadətin bir-birindən ayrılmazlığı, ona görə də onlardan biri digəri olmadan etibarlı deyil. Buna görə də, şəriət onları birlikdə - bir sütun edib.
İki şəhadətin dinin əsası olması, bu iki şəhadətsiz nə söz, nə də əməl qəbul deyildir.
