إعدادات العرض
mənə İslamda elə bir şey söylə ki, onu səndən başqa heç kimdən soruşmayım. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: De ki: "Allaha iman gətirdim, ardınca da doğru yolu tut
mənə İslamda elə bir şey söylə ki, onu səndən başqa heç kimdən soruşmayım. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: De ki: "Allaha iman gətirdim, ardınca da doğru yolu tut
Əbu Amr – yaxud Əbu Amra – Sufyan bin Abdullah (Allah ondan razı olsun) belə demişdir: Dedim: “Ey Allahın Rəsulu, mənə İslamda elə bir şey söylə ki, onu səndən başqa heç kimdən soruşmayım. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: De ki: "Allaha iman gətirdim, ardınca da doğru yolu tut".
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia ئۇيغۇرچە বাংলা Français Türkçe Русский Bosanski සිංහල हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Nederlands ગુજરાતી Кыргызча नेपाली Yorùbá Lietuvių دری Српски Soomaali тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayu Yaoالشرح
Sahabə Sufyan bin Abdullah (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) ona İslam dininin mənalarını əhatə edən bir kəlam öyrətməsini istədi ki, ona riayət etsin və bu haqda ondan başqa heç kimdən soruşmasın. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: De: “Allahın təkliyini etiraf etdim və Onun mənim Rəbbim, mənim İlahım, mənim Yaradanım və şəriki olmayan haqq Məbudum olduğuna iman gətirdim. Sonra o, Allahın fərzlərini yerinə yetirərək və Allahın qadağalarını tərk edərək, Allaha itaətə yönəlir və bunun üzərində davamlı olur.فوائد الحديث
Dinin əsası Allahın rububiyyətinə, uluhiyyətinə, isim və sifətlərinə iman gətirməkdir.
İman gətirdikdən sonra doğru yola riayət etməyin, ibadətlərdə davamlı olmağın və bunun üzərində sabit qalmağın əhəmiyyəti.
İman əməlin qəbul olunması üçün şərtdir.
Allaha iman özündə, əqidə ilə etiqad edilən imanı və onun əsaslarını, bundan irəli gələn qəlblərin əməllərini, daxilən və zahirən Allaha təslim olub və Ona boyun əyməyi ehtiva edir.
Doğru yol - vaciblərə əməl edib, qadağaları tərk etməklə bu yolda davamlı olmaqdır.
