Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tez-tez deyərdi: “Ey qəlbləri çevirən, mənim qəlbimi öz dinində sabit et.”

Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tez-tez deyərdi: “Ey qəlbləri çevirən, mənim qəlbimi öz dinində sabit et.”

Ənəsdən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tez-tez deyərdi: “Ey qəlbləri çevirən, mənim qəlbimi öz dinində sabit et.” Mən dedim: Ey Allahın Rəsulu, biz sənə və sənin gətirdiyinə iman gətirdik. Sən bizim üçün qorxursan? O dedi: “Bəli, qəlblər Allahın barmaqlarından iki barmağı arasındadır, onları istədiyi kimi çevirər."

[Səhih] [Ət-Tirmizi və Əhməd rəvayət ediblər]

الشرح

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi dua, Allahdan dində və itaətdə sabitlik, azğınlıqdan və zəlalətdən uzaq olmağı istəmək idi . Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu duanı tez-tez etməsinə təəccübləndi və Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona xəbər verdi ki, qəlblər Allahın barmaqlarından iki barmağı arasındadır və onları istədiyi kimi çevirir. Qəlb iman və küfrün qərar tutduğu yerdir və tez-tez dəyişdiyi üçün qəlb adlandırılmışdır. Onun dəyişməsi, qaynayan qazanın dəyişməsindən daha güclüdür. Allah kimi istəsə, qəlbini hidayətə yönəldər, dində sabit edər və Allah kimi istəsə, onun qəlbini hidayətdən azğınlığa və zəlalətə yönəldər.

فوائد الحديث

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) öz Rəbbinə təslim olması və Ona yalvarması və ümmətini bunu istəməyə yönəltməsi.

Doğru yolda olmağın və dində sabitliyin əhəmiyyəti və ibrətin (əməllərin qiymətləndirilməsinin) sonluğa görə olması.

Bəndə bir göz qırpımı olsa da belə, Allahın onu İslam üzərində sabit etməsindən ehtiyacsız deyil.

Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) nümunə götürərək bu duanı çox etməyə təşviq etmək.

İslamda sabitlik, bəndənin səy göstərməli olduğu və Mövlasına (Rəbbinə) şükür etməli olduğu ən böyük nemətdir.

التصنيفات

Varid olan dualar, Qəlb əməlləri