إعدادات العرض
Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur
Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur
Əbu Malik Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur. Namaz nurdur, sədəqə burhandır (dəlildir), səbr isə işıqdır. Quran ya sənin leyhinə ya da əleyhinə dəlildir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) onu azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".
الترجمة
العربية Kurdî English Kiswahili Español اردو Português বাংলা Bahasa Indonesia فارسی தமிழ் हिन्दी සිංහල Tiếng Việt മലയാളം Русский မြန်မာ ไทย پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Türkçe Bosanski Hausa తెలుగు دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Oromoo Wolof Tagalog Soomaali Français Українська bm Deutsch ქართული mk Magyar lnالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) zahiri təmizliyin dəstəmaz və qüsl ilə olacağını və bunun namazın şərti olduğunu xəbər vermişdir. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) "Əlhəmdulilləh tərəzini doldurur"- sözü, Uca Allaha tərifdir və Onu kamil sifətlərlə vəsf etməkdir. Bu söz, qiyamət günü tərəzidə çəkiləcək və əməllər tərəzisini dolduracaqdır. Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) "Subhənallah və əlhəmdulilləh"- sözü, Uca Allahı bütün nöqsanlardan uca tutmaq, Onu, Cəlalına layiq bir şəkildə kamil sifətlərlə vəsf edərək, Ona məhəbbət bəsləmək və Ona təzim etmək göylər və yer arasını doldurur. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) "Namaz nurdur"- sözü, qulun qəlbində, üzündə, qəbrində və həşr edildiyində nur olacağı mənasındadır. "Sədəqə bürhandır"- sözü, möminin imanında səmimi olduğuna və imanının qarşılığında veriləcək vədə inanmadığı üçün ondan üz çevirən münafiqdən fərqli olduğuna dəlildir. "Səbr işıqdır"- sözü, nəfsi, dözümsüzlük nümayiş etdirməkdən və qəzəblənməkdən saxlaması deməkdir. Bu işıq, günəş işığı kimi hərarətli və yandıran bir işıqdır. Çünki, səbr etmək məşəqqətli bir işdir və insanın nəfsi ilə mübarizə aparıb, onun istəklərindən əngəllməsi lazımdır. Səbr sahibi nur, hidayət və haqq üzərində davam edir. Allaha itaətdə səbr etmək, günahlara qarşı səbr etmək və dünyada başına gələn müsibətlərə və müxtəlif çətinliklərə səbr etmək səbrin növlərindəndir. "Quran ya sənin leyhinə dəlildir" - oxumaqla və ona əməl etməklə sənin lehinə dəlildir, "ya da aleyhinə dəlildir" - ondan qaynaqlanan əməlləri və tilavətini tərk etməklə sənə qarşı hüccətdir. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bütün insanlar yataqlarından qalxıb evlərindən çıxaraq müxtəlif işlər görmək üçün yer üzünə yayılırlar və çalışmağa başlayırlar. Onlardan bir qismi Allaha itaət üzərində olaraq özlərini cəhənnəmdən xilas edir, bir qismi isə, bu yoldan azaraq haramlara düşür və cəhənnəmə daxil olaraq özlərini həlak edirlər.فوائد الحديث
Təmizlik iki növdür: Zahiri təmizlik və bu, dəstəmaz və qüslla baş verir.
Daxili təmizlik- bu isə iman, tövhid və saleh əməllərlə hasil olur.
Namazlara diqqət edib, vaxtında qılmağın əhəmiyyəti və onun bu dünyada da, qiyamət günündə də, insan üçün nur olması.
Sədəqə imanın səmimiliyinə dəlildir.
Quranın hökmlərinə əməl etməyin əhəmiyyəti və onun sənin əleyhinə yox, leyhinə dəlil olması üçün təsdiq etməyin önəmi.
Nəfsi itaətlə məşğul etməsən, səni günahlarla məşğul edər.
Hər bir insanın müəyyən əməllər etməsi qaçılmazdır, o ya itaətlə özünü cəhənnəmdən xilas edər, ya da asiliklə özünü cəhənnəmə atar.
Səbr dözümlülüyü və qarşılığını Allahdan gözləməyi tələb edir və bunda da çətinlik var.