إعدادات العرض
Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin
Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin
Abdullah bin Amr bin əl-Asdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedyini eşitmişdir: «Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin. Kim mənə bir salavat gətirirsə, Allah da bunun qarşılığında ona on salavat edər. Sonra da Allahdan mənim üçün ''Vəsiləni" istəyin. O, Cənnətdə elə bir dərəcədir ki, Allahın qullarından yalnız bir quluna yaraşır. Ümid edirəm ki, o qul, mənəm. Kim mənim üçün ''Vəsiləni'' istəyərsə şəfaət ona halal olar».
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം Bosanski Italiano ಕನ್ನಡ Kurdî Oromoo Română Soomaali Shqip Српски Українська Wolof Tagalog Moore Malagasy தமிழ்الشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz üçün azan verildiyi zaman müəzzini eşidən kimsənin: "Həyyə aləs-saləh, Həyyə aləl-fələh" sözləri müstəsna olmaqla söylədiyinin eynisini təkrar etməsinə yönəltmişdir. Azan eşidən kimsə müəzzinin: "Həyyə aləs-saləh, Həyyə aləl-fələh" sözlərindən sonra: "Lə həulə va lə quvvətə illə billəh" (Qüdrət və güc yalnız Allahdadır) deyir. Azan bitdikdən sonra isə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirir. Kim Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) bir salavat deyərsə, bu salavat qarşılığında Uca Allah ona on salavat edər. Uca Allahın quluna salavat etməsi, yəni: o qulunu, mələklər qatında tərif etməsi anlamındadır. Sonra Uca Allahdan Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) üçün "Vəsiləni" verməsini istəməyi əmr etmişdir. O, Cənnətdəki ən uca məqamdır. O məkan, Uca Allahın bütün qulları arasında yalnız bir qula yaraşar və yalnız onun üçün asanlaşar. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) o kimsənin: "Ümid edirəm ki, o qul, mən olacağam" deyərək təvazökarlıq etmişdir. Çünki bu uca məqam bütün insanlar arasında yalnız bir insana aid olacaqsa, bu zaman bu insan Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) olmalıdır. Çünki o yaradılmışların ən fəzilətlisidir. Sonra kim, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Vəsiləyə nail olması üçün dua edərsə, qiyamət günü o kimsəyə şəfaət edəcəyini bəyan etmişdir.فوائد الحديث
Hədisdə azan verilərkən müəzzinin dediklərini təkrar etməyə təşviq edilmişdir.
Azan verilərkən müəzzinin dediklərini təkrar etdikdən sonra Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat deməyin fəziləti.
Hədisdə, Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat dedikdən sonra Uca Allahdan onun Vəsiləyə nail olmasını istəməyə təşviq edilmişdir.
Hədisdə vəsilənin manası, yalnız bir insana layiq olduğu məqamının ucalığı bəyan edilmişdir.
Hədisdə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) fəziləti bəyan edilmişdir, belə ki, bu uca məqam məxluqat arasında yalnız ona xasdır.
Kim, Uca Allahdan, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Vəsiləyə nail olmasını istəyərsə, qiyamət günü Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəfaəti ona halal olacaqdır.
O uca məqama nail olması üçün ümmətindən dua etməsini istəməsi onun nə qədər təvazökar bir şəxs olduğunu ifadə edir. Baxmayaraq ki, o məqamı sahibi yalnız odur.
Uca Allahın rəhməti və fəziləti genişdir. Buna görə də Uca Allah hər yaxşı bir əmələ on misli ilə qarşılıq verir.