Qiyamət günü insanlar arasında ilk mühakimə olunacaq məsələ qantökmə məsələsi olacaq

Qiyamət günü insanlar arasında ilk mühakimə olunacaq məsələ qantökmə məsələsi olacaq

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Qiyamət günü insanlar arasında ilk mühakimə olunacaq məsələ qantökmə məsələsi olacaq."

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qeyd etdi ki, Qiyamət günü bir-birilərinə zülm edən insanlar arasında ilk veriləcək hökm, qətl və yaralamaq kimi qantökmə məsələsində olacaq.

فوائد الحديث

Qan axıtmağın əzəmətli iş olması, çünki bir şeyə ən mühüm məsələlərlə başlanılır.

Günahlar törədilən fəsadın ciddiliyinə görə böyüyür, sözsüz ki, günahsız insanların canını almaq ən böyük fəsadlardan biridir, bundan da ən əzəmətli fəsad isə Allah Təalaya küfr etmək və şərik qoşmaqdır.

التصنيفات

Axirət həyatı, Qisas