“Həqiqətən, Allah Əzzə və Cəllə günəş batdığı yerdən çıxana qədər gecə əlini uzadır ki, gündüzün günahkarı tövbə etsin, gündüz də əlini uzadır ki, gecənin günahkarı tövbə etsin

“Həqiqətən, Allah Əzzə və Cəllə günəş batdığı yerdən çıxana qədər gecə əlini uzadır ki, gündüzün günahkarı tövbə etsin, gündüz də əlini uzadır ki, gecənin günahkarı tövbə etsin

Əbu Musadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Həqiqətən, Allah Əzzə və Cəllə günəş batdığı yerdən çıxana qədər gecə əlini uzadır ki, gündüzün günahkarı tövbə etsin, gündüz də əlini uzadır ki, gecənin günahkarı tövbə etsin".

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Uca Allah qullarından tövbəni qəbul edir. Əgər qul gündüz günah edib gecə tövbə etsə, Allah onun tövbəsini qəbul edər, əgər gecə günah edib gündüz tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Pak olan Allah qulunun tövbəsinə sevindiyindən və onu qəbul etmək üçün tövbəyə əlini uzadar və dünyanın sonunu bildirən günəşin qərbdən çıxmasına qədər tövbə qapısı açıq qalır. (Günəş) qərbdən çıxdıqda, artıq tövbə qapısı bağlanacaq.

فوائد الحديث

Tövbə qapısı açıq olduğu müddətdə qəbul olunmağa davam edər. Günəşin qərbdən çıxması ilə onun qapısı bağlanar. Bir də, ölüm qarqarasından əvvəl- ruh boğaza yetişməzdən əvvəl insanın tövbə etməsi (qəbuldur).

Günaha görə ümidsizliyə düşmək olmaz. Çünki, Pak olan Allahın bağışlaması və rəhməti genişdir və tövbə qapısı açıqdır.

Tövbənin şərtləri: Birincisi: günahı tərk etmək, ikincisi: günah etdiyinə görə peşman olmaq, üçüncüsü: əgər günah Uca Allahın haqlarındandırsa, ona bir daha qayıtmamağa əzmli olmaq, yox əgər qulların haqlarından olan bir haqla əlaqəlidirsə, tövbənin düzgün olması üçün həmin haqqı sahibinə qaytarmaq və ya haqq sahibinin onu bağışlaması şərtdir.

التصنيفات

Tövbə