إعدادات العرض
Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər
Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər
Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcəsi Aişədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər.
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
ar bn bs en es fa fr id ru tl tr ur zh hi vi si ku ha pt ml te my th de ja ps as sq sv cs gu yo nl ug sw ta prs hu kn ky lt mg ro rw ne sr wo so mos uk bg ka tg bm om mk am kmالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, sözdə və əməldə yumşaqlıq, mülayimlik, ehtiyatlı davranma hər bir işin gözəlliyini, keyfiyyətini və mükəmməlliyini artırır və ehtiyacı olana daha rahat anlatmağa yardım edir. Həlim olmamaq işləri qüsurlu edər, qəbahətli edər və ehtiyac sahibinin istədiyi şeyə nail olmasına mane olar və nail olsa belə çətinliklə əldə edər.فوائد الحديث
Yumşaq xasiyyətə yiyələnməyə təşviq.
Yumşaqlıq insanı gözəlləşdirir və bu dünya və axirətdə ümumi xeyirlərə nail olmağa səbəb olur.
التصنيفات
Gözəl əxlaq