إعدادات العرض
Kim müəzzini eşitdikdə, "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rasuluhu, radiytu billəhi Rabbən və bimuhəmmədin rasulən, və bil-isləmi dinən" (şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O, təkdir və…
Kim müəzzini eşitdikdə, "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rasuluhu, radiytu billəhi Rabbən və bimuhəmmədin rasulən, və bil-isləmi dinən" (şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur, Muhəmməd Onun qulu və elçisidir. Mən Rəbb olaraq Allahdan, rəsul olaraq Muhəmməddən, din olaraq İslamdan razıyam) deyərsə, onun günahları bağışlanar
Sə'd bin Əbi Vaqqasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim müəzzini eşitdikdə, "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rasuluhu, radiytu billəhi Rabbən və bimuhəmmədin rasulən, və bil-isləmi dinən" (şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur, Muhəmməd Onun qulu və elçisidir. Mən Rəbb olaraq Allahdan, rəsul olaraq Muhəmməddən, din olaraq İslamdan razıyam) deyərsə, onun günahları bağışlanar".
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية Bosanski English فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी Español Hausa Kurdî Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy Čeština नेपाली Oromoo Română Nederlands Soomaali తెలుగు ไทย മലയാളം Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof ქართული Magyar Moore Українська Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, hər kim müəzzini eşidəndə bu cür deyərsə: "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu" Yəni, təsdiq və etiraf edirəm və xəbər verirəm ki, Allahdan başqa ibadətə layiq həqiqi məbud yoxdur, Ondan başqa bütün ibadət olunanlar batildir, "Və ənnə Muhəmmədən əbduhu və rasuluhu" . Yəni, o, bir quldur, ona ibadət edilməz və bir elçidir, yalan danışmaz, "Radiytu billəhi Rabbən" . Yəni: Onun Rəbbliyindən, ilahlığından, ad və sifətlərindən razıyam. "Və bimuhəmmədin rasulən" (Və rəsul olaraq Muhəmməddən razı qaldım)". Yəni onunla bizə göndərilən və bizə çatdırdığı hər bir şeydən, "Və bil isləmi" (İslamdan). Yəni: Əmr və qadağaları ilə, İslamın bütün hökmlərindən, "Dinən" (Din olaraq). Yəni: etiqad edərək və boyun əyərək. "Günahları bağışlanar". Yəni: kiçik günahları.فوائد الحديث
Azanı eşidərkən bu duanı təkrar etmək günahları təmizləyən şeylərdən biridir.
التصنيفات
Azan və iqamə