Allah Qiyamət günü yeri ovucuna alar, göyləri isə sağ əlində bükər, sonra deyər: Mənəm hökmdar, yer üzünün hökmdarları haradadır?

Allah Qiyamət günü yeri ovucuna alar, göyləri isə sağ əlində bükər, sonra deyər: Mənəm hökmdar, yer üzünün hökmdarları haradadır?

Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: ​ Allah Qiyamət günü yeri ovucuna alar, göyləri isə sağ əlində bükər, sonra deyər: Mənəm hökmdar, yer üzünün hökmdarları haradadır?

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur ki, Qiyamət günü uca Allah yeri ovucuna alaraq toplayacaq, göyləri sağ əli ilə bükəcək, bir hissəsini digərinin üzərinə qatlayacaq və onları uzaqlaşdırıb yox edəcək, sonra deyəcək: Mənəm hökmdar, yer üzünün hökmdarları haradadır?!

فوائد الحديث

Allahın mülkünün əbədi, digərlərin mülkünün isə fani olmasının xatırlanması.

Allahın böyüklüyü, qüdrətinin və hökmranlığının əzəməti və mülkünün kamilliyi.

التصنيفات

Uca Allaha iman, Axirət gününə iman, Ad və sifətlər tövhidi