إعدادات العرض
Uca Allah belə buyurmuşdur: Namazı qulumla Özüm aramda iki yerə böldüm, qulum üçün istədiyi vardır
Uca Allah belə buyurmuşdur: Namazı qulumla Özüm aramda iki yerə böldüm, qulum üçün istədiyi vardır
Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin(Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Uca Allah belə buyurmuşdur: Namazı qulumla Özüm aramda iki yerə böldüm, qulum üçün istədiyi vardır. Qul: (Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur) deyincə, Uca Allah: (Qulum Məni həmd etdi) deyə buyurar. Qul: (Mərhəmətli və Rəhmli olana) deyincə, Allah: (Qulum Məni öydü) deyər. Qul: (Din gününün Sahibinə) deyincə, (Qulum Məni ucaltdı) yaxud da: (Qulum işini Mənə həvalə etdi) deyər. Qul: (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) deyincə, (Bu, qulumla Mənim aramda ortaq olan qisimdir və quluma istədiyi olacaqdır) diyə buyurar. Qul: (Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) deyincə, Allah: (Bu, quluma aiddir, quluma istədiyi veriləcəkdir) diyə buyurar.
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം Bosanski Italiano ಕನ್ನಡ Kurdî Oromoo Română Shqip Soomaali Српски Wolof Українська Tagalog தமிழ் Moore Malagasy فارسی ქართული 中文 Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahın qüdsi bir hədisdə belə buyurduğunu xəbər vermişdir: Namazda Fatihə surəsini qulumla Özüm aramda iki yerə böldüm, Fatihə surəsinin yarısı Mənim, yarısı isə onundur. Fatihə surəsinin birinci yarısı: Uca Allaha həmd-səna və Ona tərifdir. Buna görə qulumu ən xeyirli qarşılıqla mükafatlandıracağam. Fatihə surəsinin ikinci yarısı: Yalvarmaq və duadır. Qulumun duasını qəbul edəcəm və ona istədiyini verəcəm. Namaz qılan kimsə: (Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur) deyincə, Uca Allah: (Qulum Məni həmd etdi) deyə buyurar. Qul: (Mərhəmətli və Rəhmli olana) deyincə, Allah: (Qulum Məni təriflədi, Mənə həmd etdi və qullarıma olan nemətimi itiraf etdi) deyər. Qul: (Din gününün Sahibinə) deyincə, Allah:(Qulum Məni ucaltdı, bu böyük şərəfdir) deyər. Namaz qılan kimsə: (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) deyincə, Allah: (Bu, qulumla Mənim aramda ortaq olan qisimdir) deyə buyurar. Bu ayənin birinci qismi: (Biz yalnız Sənə ibadət edir) Allaha aiddir. Bu, Uca Allahın ibadətə layiq tək haqq ilah olduğunu etiraf etmək və Onun ibadət çağrısına icabət etməkdir və bununla da Uca Allaha aid olan qisim burada bitir. Ayənin ikinci qismi: (və yalnız Səndən kömək diləyirik) isə qula aiddir. Bu, Uca Allahdan yardım diləməyi və Ondan yardım diləyənə yardım edəcəyinə dair vədinin gerçəkləşəcəyini ifadə edir. Namaz qılan kimsə: (Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) deyincə, Allah: (Bu, qulumun yalvarması və dua etməsidir, quluma istədiyi veriləcəkdir, Mən artıq onun duasına icabət etdim) diyə buyurar.فوائد الحديث
Bu hədisdə Fatihə surəsinin önəminin böyüklüyü ifadə edilmiş və Uca Allah bu surəni namaz olaraq adlandırmışdır.
Hədisdə Uca Allahın quluna olan qayğısı ifadə edilmiş, həmçinin, qulunun Onu həmd-səna etməsindən dolayı qulunu mədh etməsi xəbər verilmiş və sonda isə qulun Ondan istədiyinin ona verəcəyini vəd etmişdir.
Bu surə özündə, Uca Allaha həmd-səna etməyi, öldükdən sonra yenidən dirilməyi, Allaha dua etməyi, ixlasla Ona ibadət etməyi, doğru yola yönəltməsini istəməyi və batil yollardan çəkindirməyi əhatə etmişdir.
Namaz qılan kimsə -Fatihə surəsini oxuduğu zaman- bu hədisi xatırlayarsa bu onun namazdakı xuşusunu artırar.