إعدادات العرض
Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz
Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz
Rəsulullahın (salləllahu aleyhi va səlləm) xidmətçisi olan Əbu Həmzə Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə buyurmuşdur: "Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz".
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski සිංහල हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayu Yaoالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq şəkildə bildirmişdir ki, hər bir müsəlman özü üçün sevdiyi itaətləri, dində və dünyada olan xeyir növlərini qardaşı üçün istəmədikcə, özü üçün sevmədiyi şeyi də onun üçün sevməyənə qədər onun imanı kamil olmaz. Buna görə də o, müsəlman qardaşının dinində bir nöqsan görərsə, onu düzəltməyə çalışar, onda xeyir görərsə onu xeyirə istiqamətləndirər və ona yardım edər, din və dünya işlərində ona nəsihət edər.فوائد الحديث
İnsanın özü üçün sevdiyini qardaşı üçün də sevməsinin vacibliyi. Çünki özü üçün sevdiyini qardaşı üçün sevməyən bir kəsdən imanın inkar olunması bunun vacibliyinə dəlalət edir.
Allah üçün olan qardaşlıq nəsil (qan) qardaşlığından üstündür, ona görə də onun haqqı daha vacibdir.
Aldatma, qeybət, həsəd, müsəlmanın özünə, malına və namusuna təcavüz kimi sevgiyə zidd olan bütün söz və hərəkətlərin haram olması.
(İnsanı) həvəsləndirəcək - "Qardaşına” sözü kimi bəzi sözlərdən istifadə etmək.
Əl-Kirmani - rahiməhullah - demişdir: “Özünün sevmədiyi şərri qardaşı üçün də sevməməyi imandandır və o, bunu qeyd etməmişdir. Çünki bir şeyi sevmək onun əksinə nifrət etməyi zəruri edir, ona görə də (qeyd olunanlarla) kifayətlənərək bunu deməmişdir".
