إعدادات العرض
“Kişi kişinin övrətinə, qadın da qadının övrətinə baxmasın
“Kişi kişinin övrətinə, qadın da qadının övrətinə baxmasın
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: “Kişi kişinin övrətinə, qadın da qadının övrətinə baxmasın, kişi bir paltar altında başqa bir kişi ilə, qadın da bir paltar altında başqa bir qadınla qalmasın."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी සිංහල ئۇيغۇرچە Hausa Kurdî Português Svenska ગુજરાતી አማርኛ Yorùbá Tiếng Việt Kiswahili پښتو অসমীয়া دری Кыргызча Malagasy or Čeština नेपाली Oromoo Română Nederlands Soomaali తెలుగు ไทย Српски മലയാളം Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof Magyar ქართული Moore Українська Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir kişinin digər kişinin övrətinə, qadının da digər qadının övrətinə baxmağını qadağan etmişdir. Övrət: Göründüyü zaman utanılan hər şeydir, kişinin övrəti göbəklə dizləri arasında olandır. Naməhrəm kişilərə nisbətdə qadının bütün bədəni övrətdir. Qadınlara və məhrəmlərinə gəldikdə isə, evdə işləyərkən adətən görünən yerlərini onlara göstərə bilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) kişinin bir paltar və ya bir örtük altında başqa kişiylə çılpaq olaraq qalmasını, qadının da bir paltar və ya bir örtük altında başqa bir qadınla çılpaq qalmasını qadağan etmişdir. Çünki bu, birinin digərinin övrətinə toxunmasına səbəb ola bilər ki, övrətə toxunmaq ona baxmaq kimi qadağan edilmişdir. Hətta, böyük fəsada yol açdığı üçün o (övrətə toxunmaq) qadağa baxımından daha şiddətlidir.فوائد الحديث
Ər və arvadın bir-birlərinin övrət yerlərinə baxmağı istisna, digər şəxslərin övrət yerlərinə baxılmasının qadağan edilməsi.
İslam dininin, cəmiyyətin saflığına hərisliyi və əxlaqsızlığa aparan yolları bağlaması.
Müalicə və buna bənzər ehtiyac yaranarsa, şəhvətlə olmamaq şərti ilə övrətə baxmaq icazəlidir.
Müsəlmana öz övrətini örtmək və başqalarının övrət yerlərinə baxmamaq əmr olunmuşdur.
Hədisdəki qadağa kişilərin kişilərlə və qadınların qadınlara olan münasibəti üçün xüsusiləşdirilib. Çünki bu (eyni cinslərin münasibəti) bir-birlərinin övrət yerlərinə baxılmasına və övrətin aşkara çıxarılmasına daha çox ehtiyac yaradır.