إعدادات العرض
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqqabısını geyindiyi, saçlarını daradığı, təmizləndiyi zaman və bütün işlərində sağla başlamağı sevərdi
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqqabısını geyindiyi, saçlarını daradığı, təmizləndiyi zaman və bütün işlərində sağla başlamağı sevərdi
Möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, o belə demişdir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqqabısını geyindiyi, saçlarını daradığı, təmizləndiyi zaman və bütün işlərində sağla başlamağı sevərdi.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt සිංහල ئۇيغۇرچە Hausa Português Kurdî മലയാളം Kiswahili አማርኛ অসমীয়া ગુજરાતી دری Nederlands नेपाली پښتو ไทย Svenska Oromoo Кыргызча Română తెలుగు Lietuvių Malagasy ಕನ್ನಡ Српски ქართული Moore Kinyarwanda Magyar Македонски Češtinaالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) şərəfli işlərdə sağla başlamağı xoşlayar və üstün tutardı, o cümlədən: ayaqqabısını geyinməyə sağ ayaqla başlayır, saç və saqqallara baxım, daramaq və yağlamaqda sağla başlayır, dəstəmazda isə sağ əli və ayağı soldan əvvəl yuyardı.فوائد الحديث
Nəvəvi demişdir: Bu şəriətdə davamlı olan bir qaydadır ki, o da budur: (şəriətdə) hörmətli və şərəfli hesab edilən əməllərdə - paltar, şalvar və xuf geyinmək, məscidə girmək, misvaklanmaq, sürmə sürtmək, dırnaqları kəsmək və bığları qısaltmaq, saçı daramaq, qoltuqaltı tükləri yolmaq, baş qırxmaq, namazın sonunda salam vermək və təharət əzalarını yumaq və tualetdən çıxmaq, yemək-içmək, əl sıxmaq, qara daşa toxunmaq və bu mənada olan digər əməllərdə sağla başlamaq müstəhəbdir (bəyənilədir). Lakin bunun əksi olan şeylərə gəlincə, məsələn, tualetə girmək, məsciddən çıxmaq, burnu təmizləmək, ayaqyolundan çıxdıqdan sonra təmizlənmək, paltar, şalvar, corabı soyunmaq və buna bənzər şeyləri solla etmək müstəhəbdir. Bütün bunlar isə sağ tərəfin hörməti və şərəfinə görədir.
"O, sağla başlamağı sevir" sözü: hərəkətlərə sağ əllə, sağ ayaqla, sağ tərəflə başlamaq və işləri sağ əllə görmək kimi əməlləri əhatə edir.
Nəvəvi demişdir: “Bil ki, dəstəmaz əzaları arasında elələri var ki, orada sağla başlamaq müstəhəb deyil; Bunlar qulaqlar, əllər və yanaqlardır ki, onlar bir anda yuyulur. Lakin, bədən üzvlərində kəsikliyi olan və bənzəri şəxslərdə bu çətinlik yaradarsa, sağ tərəfdən başlayır.