إعدادات العرض
Müəzzin: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman sizlərdən biri ixlasla: "Allahu Əkbər, Allahu Əkbər" desə
Müəzzin: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman sizlərdən biri ixlasla: "Allahu Əkbər, Allahu Əkbər" desə
Ömər bin əl-Xəttabdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Müəzzin: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman sizlərdən biri ixlasla: "Allahu Əkbər, Allahu Əkbər" desə, sonra: "Əşhədu əllə iləhə illəllah" dediyi zaman: "Əşhədu əllə iləhə illəllah" desə, sonra: "Əşhədu ənnə Muhammədən rasulullah" dediyi zaman: "Əşhədu ənnə Muhammədən rasulullah" desə, sonra: "Həyyə aləs-saləh!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman: "Allahu Əkbər, Allahu Əkbər" desə və sonra da: "Lə İləhə illəllah" dediyi zaman: ürəkdən "Lə İləhə illəllah" desə Cənnətə girər".
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം Italiano or Bosanski ಕನ್ನಡ Kurdî Oromoo Română Shqip Soomaali Српски Wolof Українська Tagalog தமிழ் Moore Malagasy فارسی ქართული 中文 Magyarالشرح
Azan, insanlara namaz vaxtının girdiyini bildirməkdir. Azanın sözləri islam əqidəsini özündə əhatə edən sözlərdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hədisdə əzan eşidildiyi zaman deyilməsi lazım olan şeyi açıqlamışdır. Bu da, azanı eşidən kimsənin müəzzinin söylədiyini təkrar etməsidir. Müəzzin: "Allahu Əkbər" dediyi zaman azanı eşidən kimsə: "Allahu Əkbər" deməlidir. Azanı eşidən kimsə müəzzinin: "Həyyə aləs-saləh!" sözünə qədər bu şəkildə müəzzinin söylədiyi sözlərin eynisi ilə təkrar edir. "Həyyə aləs-saləh!", "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həvlə va lə quvvətə illə billəh" deyir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müəzzinlə birlikdə ixlaslı bir şəkildə azanı təkrar edən kimsənin Cənnətə girəcəyini xəbər vermişdir. Azanın sözlərinin mənası: "Allahu Əkbər". Yəni: Uca Allah hər şeydən böyük, uca və əzəmətlidir. "Əşhədu əllə iləhə illəllah". Yəni: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. "Əşhədu ənnə Muhammədən rasulullah". Yəni: Dilimlə və qəlbimlə Muhammədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın insanlara göndərdiyi rəsulu olduğunu və ona itaət etməyin vacib olduğunu iqrar edirəm və həmçinin buna şahidlik edirəm. "Həyyə aləs-saləh!". Yəni: Namaza gəlin, bunu eşidən kimsənin: "Lə həvlə va lə quvvətə illə billəh" deməsi, Allahın müvəffəq etməsi istisna olmaqla, itaətə mane olan şeylərdən qurtarmağa heç bir gücü və itaətləri edə biləcək heç bir qüvvəsi və qüdrəti yoxdur anlamındadır. "Həyyə aləl-fələh!". Yəni: Qurtuluşa səbəb olan şeyə gəlin. Bu da, Cənnəti qazanmaq və Cəhənnəmdən xilas olmaqdır.فوائد الحديث
Müəzzinin söylədiyi sözləri eyni şəkildə təkrarlamağın fəzilətli. Ancaq müəzzin: "Həyyə aləs-saləh!" və "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həvlə va lə quvvətə illə billəh" deyilməlidir.