إعدادات العرض
İnsan vəfat etdikdə üç əməldən başqa bütün əməlləri dayanar: bu davamlı sədəqə, fayda verən elm və ya onun üçün dua edən saleh övladdır
İnsan vəfat etdikdə üç əməldən başqa bütün əməlləri dayanar: bu davamlı sədəqə, fayda verən elm və ya onun üçün dua edən saleh övladdır
Əbu Hureyradan – radiyallahu anhu – rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "İnsan vəfat etdikdə üç əməldən başqa bütün əməlləri dayanar: bu davamlı sədəqə, fayda verən elm və ya onun üçün dua edən saleh övladdır.
الترجمة
العربية অসমীয়া ગુજરાતી Bahasa Indonesia Kiswahili Tagalog Tiếng Việt Nederlands සිංහල پښتو Hausa ไทย മലയാളം नेपाली Кыргызча English Malagasy Svenska Română Kurdî Bosanski فارسی తెలుగు ქართული Moore Српски Magyar Português Македонски Čeština Русский Українська हिन्दी አማርኛالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, ölən kəsin əməli onun ölümü ilə sona çatır, ona görə də, ölümündən sonra bu üç şeydən başqa o, savab əldə edə bilmir; Çünki bu üş şeyə onun özü səbəb olub: Birincisi: vəqf, məscid tikmək, quyu qazmaq və s. kimi savabı axarlı və davamlı, fasiləsiz olan sədəqə. İkincisi: İnsanların faydalandığı elm, məsələn, elm kitabları yazmaq və ya kimisi öyrədib, sonra həmin şəxsin bu elmi öyrədənin ölümündən sonra yayması kimi. Üçüncüsü: Valideynlərinə dua edən saleh mömin övlad.فوائد الحديث
Alimlər icma etmişdirlər ki, insanın ölümündən sonra aldığı savablar arasında davamlı sədəqə, faydalı elm və dua vardır və digər hədislərdə həmçinin həcc də qeyd olunub.
Hədisdə bu üç əməl xüsusi olaraq qeyd edilmişdir; çünki onlar xeyirin əsaslarıdır və adətən fəzilət sahiblərinin özlərindən sonra qalmağını qəsd etdikləri şeylərdir.
Faydalı olan hər bir elm üçün savab əldə edilir, lakin onun başında və zirvəsində şəriət elmi və onu dəstəkləyən elmlər dayanır.
Elm bu üçünün ən faydalısıdır: Çünki elm onu öyrənənə fayda verir, onda şəriətin qorunması və ümumən insanlara fayda vardır və sənin sağlığında ikən də mövcud olanlar, ölümündən sonra da mövcud olanlar sənin elmindən öyrəndiyi üçün, elm daha əhatəli və ümumidir.
Saleh övladlar yetişdirməyə təşviq; onlar axirətdə valideynlərinə fayda verənlərdir və onların faydalarından biri də valideynləri üçün dua etmələridir.
Valideynlər öldükdən sonra onlara yaxşılıq etməyə təşviq etmək, bu həmçinin övladın faydalandığı xeyirxahlığın bir növüdür.
Dua, övlad tərəfindən olmasa da, ölüyə fayda verir, lakin övladın hədisdə xüsusi qeyd edilmə səbəbi, valideynləri üçün ölənə qədər dua edən kəsin məhz onlar olmasıdır.