إعدادات العرض
Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər
Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər
Malik bin Ənəsdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə yəhər üzərində arxasına aldığı yol yoldaşı Muaza üç dəfə: “Ey Muaz ibn Cəbəl” deyə səslənir , Muaz da 3 dəfə : “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm.” deyə cavab verir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə deyir:“ Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər Bu zaman Muaz soruşur: "Ey Allahın Rəsulu, bu şad xəbəri insanlara çatdırımmı, sevinsinlər? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Onda insanlar arxayınlaşarlar.” Yalnız ölümünə yaxın Muaz - elmi gizlətmək günahından- qurtulmaq üçün bu bilgini xəbər vermişdir.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी Français Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ ไทย Русский 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Hausa دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Soomaali Deutsch Moore Українська Български Wolof ქართული тоҷикӣ bm Македонскиالشرح
Muaz bin Cəbəl (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) arxasında onun miniyinin (heyvanının) üzərində idi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona deyəcəklərinin əhəmiyyətini vurğulamaq üçün üç dəfə: «Ey Muaz?" -deyə səsləndi Hər dəfə ona səsləndikdə Muaz: "Buyur, Ey Allahın rəsulu, əmrindəyəm" deyə cavab verir. Yəni- "təkrar -təkrar sənin çağırışına cavab verirəm və bu cavabla səadət diləyirəm" demək istəyir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona xəbər verdi ki, Allahdan başqa ibadətə layiq ilah olmadığına, yəni Allahdan başqa həqiqi məbud olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna sidq- qəlblə, yalan olmadan şəhadət verən hər kəs bu halı üzrə ölərsə Allah ona cəhənnəmi haram edər. Və Muaz Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşur ki, bu xəbəri insanlara çatdırımmı ki, sevinsinlər və bu onlar üçün müjdə olsun? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların buna arxayınlaşıb, əməllərini azaltmaqlarından qorxdu. Muaz yalnız ölümünə yaxın- elmi gizlətmək günahına batmasından qorxaraq - bunu insanlara xəbər verir.فوائد الحديث
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Muazı, öz miniyndə arxasına alması, onun təvözakarlığının göstəricisidir.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) təlim üslubu, belə ki, Muazı bir neçə dəfə səsləyərək söyləcəyi mövzuya diqqətini cəlb etmək metodu.
Şəhadətin şərtlərindən: Allahdan başqa ibadətə layiq ilah olmadığını və Məhəmmədin Allahın Rəsulu olduğunu, yalan saymadan, sidq-qəlblə və şübhə olmadan əminliklə söyləməkdir.
Tövhid əhli cəhənnəm odunda əbədi qalmayacaqlar, günahlarına görə ora daxil olsalar belə, təmizləndikdən sonra oradan çıxarılacaqlar.
Şəhadət kəliməsinin sidq ürəklə deyən kəs üçün fəziləti.
Hədisi söyləmək fəsad doğuracaqsa, bəzi hallarda onu söyləməmək icazəlidir.