Mənə yeddi əza üzərində səcdə etmək əmr edildi

Mənə yeddi əza üzərində səcdə etmək əmr edildi

İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Mənə yeddi əza üzərində səcdə etmək əmr edildi: Alın üzərinə -əli ilə də burununa işarə etdi-, iki əl, iki diz və iki ayağın ön tərəfdən uclarına və mənə namaz əsnasında saç və paltarı yığmamaq əmr edildi".

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, Allah ona namazda bədənin yeddi əzası üzərində səcdə etməyi əmr edir və bunlar: Birincisi: alın : o, insan sifətinin yuxarı hissəsi, burun və gözlərin üstüdür. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) əli ilə burnuna işarə edərək bəyan edir ki, alınla burun birlikdə sözügedən yeddi əzadan biridir və bu işarə ilə əsaslandırır ki, səcdə edən burnu ilə mütləq yerə toxunmalıdır. İkinci və üçüncü əza: İki əldir Dördüncü və beşinci isə dizlərdir. Altıncı və yeddinci isə ayaqların barmaqlarıdır. Hməçinin bizə saçlarımızı düyünləyib sarımamağı və səcdə edərkən paltarımızı yuxarı çəkib bir tərəfini digər tərəfin üzərinə yığmamağı, əksinə yerə dəyməsini və əzalarla birlikdə yerə səcdə etməsini əmr etdi.

فوائد الحديث

Namazda yeddi əza üzərində səcdə etməyin vacibliyi.

Namazda saçı və paltarı yığmağın məkruh olması.

Namaz qılan namazında rahat olmalıdır, yeddi səcdə əzasını yerə qoymalı və tələb olunan zikri deyənə qədər bu üzrə qalmalıdır.

Saç yığmaq qadağası qadınlara yox kişilərə aiddir, çünki qadına namazda örtünmək əmr edilib.

التصنيفات

Namazın qılınma qaydası