إعدادات العرض
Ən böyük günahlar: Allaha şərik qoşmaq, valideyinlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan (Allaha) and içməkdir
Ən böyük günahlar: Allaha şərik qoşmaq, valideyinlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan (Allaha) and içməkdir
Abdullah bin Amr bin As (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Ən böyük günahlar: Allaha şərik qoşmaq, valideyinlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan (Allaha) and içməkdir".
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە සිංහල தமிழ் ไทย دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली Malagasy Italiano or ಕನ್ನಡ Oromoo Română Soomaali Српски Wolof Moore Українська ქართული Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) böyük günahları bəyan etmişdir. bunlar da, bu günahları edən kimsələri dünyada və axirətdə şiddətli bir əzabla təhdid edilən günahlardır. Bunların birincisi: Allaha şərik qoşmaqdır. Bu, hər hansı bir ibadət növünü Allahdan başqasına sərf etməkdir. Həmçinin, Uca Allahdan başqasını, Allaha aid olan uluhiyyət, rububiyyət, ad və sifətlərlə bağlı xüsuslarda Allahla bərabər tutmaqdır. İkincisi: Valideyinlərin üzünə ağ olmaq. Bura, söz və əməl olmasından aslı olmayaraq, ata anaya qarşı edilən bütün növ əziyyətlər və həmçinin onlara yaxşılıq etməyi tərk etmək də daxildir. Üçüncüsü: Haqsız yerə adam öldürməkdir. Zülüm və düşmənçilik edərək adam öldürmək da bura daxildir. Dördüncüsü: Yalan söylədiyini bildiyi halda, yalandan (Allaha) and içməkdir. Andın bu növü, sahibini Cəhənnəmə saldığı yaxud günaha batırdığı üçün ərəb dilində "əl-Yəminul-Ğamus" olaraq adlandırılmışdır.فوائد الحديث
Andın "əl-Yəminul-Ğamus" növü yəni yalandan (Allaha) and içməyin, günahının və təhlükəsinin böyüklüyündən dolayı kəfarəsi yoxdur. Buna görə ancaq tövbə edilməsi vacibdir.
Hədisdə sadəcə bu dörd böyük günahın zikr edilməsi, bu günahların nə qədər böyük günah olduğunu göstərir. Çünki böyük günahlar yalnız bu günahlardan ibarət deyildir.
Günahlar, böyük və kiçik olmaqla iki qismə bölünür. Böyük günahlar: Hədd və lənət kimi dünyada cəzası olan yaxud Cəhənnəmə daxil olmaq kimi axirətdə cəzası olan bütün günahlardır. Böyük günahların bəzisi haramlıq baxımından diğərlərindən daha şiddətlidir. Böyük günahlar xaricində qalan günahlar isə kiçik günahlardır.
التصنيفات
Asiliklərin məzəmmət edilməsi