Mömin kişi və mömin qadının, günahlardan tam təmizlənmiş halda Allahla qarşılaşana qədər özündə, övladlarında və malında bəla baş verməyə davam edər

Mömin kişi və mömin qadının, günahlardan tam təmizlənmiş halda Allahla qarşılaşana qədər özündə, övladlarında və malında bəla baş verməyə davam edər

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Mömin kişi və mömin qadının, günahlardan tam təmizlənmiş halda Allahla qarşılaşana qədər özündə, övladlarında və malında bəla baş verməyə davam edər".

[Həsən] [Ət-Tirmizi və Əhməd rəvayət ediblər]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bəla və imtahan mömin kişi və mömin qadına, özlərinin sağlamlığında və bədənində, övladlarının xəstəliyində, ölümündə, valideyinlərinin üzünə ağ olmaqda və başqa şeylərində, mallarında isə kasıbçılığın olması, ticarətin yox olması, oğurluq, həyatın çətinliyi və ruzinin azalması şəklində baş verməyə davam edər ki, Allah bu bəlalarla onu bütün günah və xətalardan təmizləyər, hətta O, Allahla qarşılaşdığı vaxt artıq işlədiyi bütün günah və asiliklərdən təmizlənmiş olar.

فوائد الحديث

Allahın mömin qullarına olan mərhəmətindən biri də odur ki, O, dünyada ikən onların günahlarını dünya müsibətləri və bəlaları ilə təmizləyir.

Təkcə bəla (müsibət) imanın olması şərti ilə günahları yuyar, ona görə də qul səbr edib qəzəblənməsə, savab qazanar.

(Qulu) sevdiyi və sevmədiyi hər bir işdə səbirli olmağa təşviq etmək. O, Allahın mükafatına ümid edərək və Onun əzabından qorxaraq, Allahın vacib etdiyini yerinə yetirmək üçün səbr edər, həmçinin Allahın haram etdiklərindən uzaq durmaq üçün də səbr edər.

Onun (Allahın salavatı və salamı onun üzərinə olsun): “mömin kişi və mömin qadın” deməsi, yəni “mömin qadın” sözünü əlavə etməsi, qadınlara önəm verilməsinə dəlildir. Yoxsa, sadəcə“mömin” söyləsəydi, bu kəlimə qadını da özündə əhatə edərdi, çünki bu yalnız kişilərə aid deyil. Buna görə qadına da bəla toxunduqda, ona da günah və xətalarının təmizlənməsi olaraq eyni mükafat vəd edilir.

Qulun hər dəfə üzləşdiyi ağrı-acıları ona asanlaşdıran, bu bəlaya görə verilən fəzilətdir.

التصنيفات

Qəza və qədərə iman, Nəfislərin təmizlənməsi