إعدادات العرض
Məndən tez-tez məzi gələrdi və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qızı Fatiməyə (Allah ondan razı olsun) görə ondan bu haqda soruşmağa utanırdım. Miqdad bin Əl-Əsvəda dedim ki, o soruşsun. Allah Rəsulu (Allahın salavatı və salamı onun…
Məndən tez-tez məzi gələrdi və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qızı Fatiməyə (Allah ondan razı olsun) görə ondan bu haqda soruşmağa utanırdım. Miqdad bin Əl-Əsvəda dedim ki, o soruşsun. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın
Əlidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Məndən tez-tez məzi gələrdi və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qızı Fatiməyə (Allah ondan razı olsun) görə ondan bu haqda soruşmağa utanırdım. Miqdad bin Əl-Əsvəda dedim ki, o soruşsun. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın". Buxarinin qeyd etdiyi rəvayətdə isə: "Dəstəmaz al və cinsi orqanını yu" demişdir.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Hausa Português Kurdî Kiswahili සිංහල Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ไทย پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy Kinyarwanda తెలుగు Lietuvių Oromoo Română മലയാളം Nederlands Soomaali Српски Українська Deutsch ಕನ್ನಡ Wolof Moore Shqip ქართული Magyarالشرح
Əli bin Əbu Talib (Allah ondan razı olsun) xəbər verir ki, tez-tez ondan məzi çıxardı, bu da şəhvət zamanı və ya cinsi əlaqədən öncə kişidə cinsi orqanından axan ağ nazik yapışqan mayedir. Nə edəcəyini bilmir və Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşmağa utanır, çünki xanımı Fatimə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) qızıdır. Buna görə Miqdad bin Əl-Əsvəddən xahiş edir ki, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) bu haqda soruşsun. Allah Rəsulu da (Allahın salavatı və salamı onun üzərinə olsun) cinsiyyət orqanını yumasını, sonra isə dəstəmaz almasını bildirir.فوائد الحديث
Əli bin Əbi Talibin (Allah ondan razı olsun) fəziləti, çünki onun həya etməsi, dolayı yolla olsa belə sual verməyə mane olmadı.
Sual soruşmaq üçün digər şəxsdən xahiş etməyin caizliyi.
Fayda üçün insanın özündə mövcud olan utandırıcı bir hal barədə xəbər verməsinin icazəli olması.
Məzinin nəcis olması, bədənin və paltarın ondan yuyub təmizlənməsinin vacibliyi.
Məzinin çıxması dəstəmazı pozan amillərdəndir.
Başqa bir hədisdə qeyd olunduğu kimi, cinsi orqanının və xayaların yuyulması vacibdir.
التصنيفات
Nəcasətin təmizlənməsi