إعدادات العرض
Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar
Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu (salləllahu aleyhi va səlləm) belə demişdir: "Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim borcunu qaytara bilməyən bir kimsənin işini asanlaşdırarsa, Allah da onun dünya və axirətdəki işlərini asanlaşdırar. Kim bir müsəlmanın eyblərini örtərsə, Allah da onun həm bu dünyada, həm də axirətdə eyblərini örtər. Kişi mömin qardaşına kömək etdiyi müddətdə, Allah da ona kömək edər. Kim elm öyrənmək üçün yola çıxarsa, Allah bununla onun Cənnətə gedən yolunu asanlaşdırar. Əgər bir toplum Allahın evlərindən hər hansı birində yığışıb Allahın Kitabını oxuyarsa və onu bir-birinə öyrədərsə, onların üzərinə sükunət nazil olar, rəhmət onları bürüyər, mələklər onları əhatə edər və Allah onları Öz yanında olanlar arasında yad edər. Kimin əməli onu geriyə çəkərsə, nəsəbi onu irəliyə apara bilməz".
الترجمة
العربية বাংলা Bosanski English Español Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Português සිංහල Kiswahili Tiếng Việt অসমীয়া ગુજરાતી Nederlands മലയാളം Română Magyar ქართული ಕನ್ನಡ Moore Svenska Македонски ไทย తెలుగు Українська मराठी ਪੰਜਾਬੀ دری አማርኛ Malagasy پښتو ភាសាខ្មែរ Lietuvių O‘zbekالشرح
Peyğəmbər (sallallahu əleyhi va səlləm) bu hədisdə bəyan etmişdir ki, müsəlmanın Uca Allah yanında mükafatı, onun digər müsəlmanlara qarşı etdiyi yaxşılıqlara uyğundur. Kim bir mömini dünya çətinlikləri və məşəqqətlərinin birindən xilas edər, onları aradan qaldırar, mömini qurtarar və onun sıxıntısını həll edərsə, Uca Allah onun bu əməlinə mükafat olaraq, onun Qiyamət günündəki sıxıntılarından birini aradan qaldırar. Kim borcluya asanlıq yaradar, çətinliyini yüngülləşdirər və onun ağır vəziyyətini aradan qaldırarsa, Uca Allah da ona dünyada və axirətdə asanlıq bəxş edər. Kim bir müsəlmanın bildiyi və açıqlanması gərəkməyən qüsurlarını və səhvlərini gizlədərsə, Uca Allah da onu (qüsurlarını və səhvlərini) həm dünyada, həm də axirətdə gizlədər. Kişi, qardaşına din və dünya işlərində yardım etməyə davam etdikcə, Uca Allah da ona kömək etməyə davam edər. Bu yardım dua ilə, fiziki güclə, mal ilə və ya başqa vasitələrlə olur. Kim Allahın razılığını qazanmaq niyyəti ilə şəri elm öyrənmək üçün səfərə çıxarsa, Allah bunun sayəsində ona Cənnətə gedən yolu asanlaşdırar. Əgər bir toplum Allahın evlərindən hər hansı birində toplanıb Allahın Kitabını oxuyarsa və onu bir-birinə öyrədərsə, onların üzərinə əmin-amanlıq və sakitlik nazil olar, Allahın rəhməti onları əhatə edər və bürüyər, mələklər onları dövrəyə alar və Allah onları, Ona yaxın olan mələklər yanında tərifləyər. Allahın qulunu uca toplumda anması, ona şərəf olaraq yetər. Kimin əməlləri naqis olarsa, bu onu, yaxşı əməl sahiblərinin dərəcəsinə çatdırmaz. Buna görə də insan, nəslinin şərəfli olmasına və ata-babalarının fəzilətinə güvənib, saleh əməllər işləməyə laqeyid olmamalıdır.فوائد الحديث
İbn Dəqiq əl-İd belə demişdir: Bu, əzəmətli bir hədisdir, özündə müxtəlif elm növlərini, qaydaları və ədəbləri cəm edir. Bu hədisdə müsəlmanların ehtiyaclarını mümkün qədər ödəməyin və onlara elm, mal, fiziki yardım, məsləhət, nəsihət və digər yollarla fayda verməyin fəziləti qeyd olunur.
Çətin vəziyyətdə olana (borcu qaytara bilməyənə) asanlıq göstərməyə təşviq etmək.
Müsəlman qula kömək etməyə təşviq etmək. Çünki Uca Allah da qardaşına kömək edən kimsəyə, köməyi qədərində yardım edər.
Bir müsəlmanı örtmək: Onun eyiblərini axtarmamaq anlamındadır. Bəzi sələflərin belə dediyi rəvayət olunur: Elə bir qövmə rast gəldim ki, onların eyibləri yox idi. Lakin başqalarının eyiblərini danışdılar və nəticədə - insanlar da onların eyiblərini aşkara çıxartdı. Elə bir qövmə də rast gəldim ki, onların eyibləri var idi. Lakin başqalarının eyiblərini ört-basdır etdilər və nəticədə onların eyibləri də unuduldu.
İnsanların eyiblərini örtmək, heç də pisliyi görməməzlikdən gəlmək və onu dəyişdirməmək anlamına gəlmir. Əksinə, pislik aradan qaldırılmalı və eyib örtülməlidir. Bu, xüsusən fəsad törətməklə tanınmayan və azğınlıqda israrlı olmayan kəslər üçün tətbiq edilir. Amma bu cür tanınan şəxsə gəldikdə isə, onun eyibini örtmək bəyənilmir. Əksinə, əgər fitnə-fəsadın çıxması qorxusu olmasa, onun işi səlahiyyətli şəxslərə çatdırılmalıdır. Çünki onun eyibini örtmək, onu fəsadda daha da cəsarətləndirər, insanlara zərər verməyə təşviq edər və digər pis niyyətli, inadkar insanları da bu yolda davam etməyə sövq edər.
Elm öyrənməyə, Quran oxumağa və öyrətməyə təşviq etmək.
Nəvəvi belə demişdir: Bu hədisdə məsciddə Quran oxumaq üçün bir araya gəlməyin fəzilətinə dəlil vardır... Məscidlə yanaşı, bu fəziləti əldə etmək üçün məktəb, qarnizon və ya buna bənzər yerlərdə bir araya gəlmək də bura daxildir.
Allah yalnız əməllərə görə mükafat verir, nəsil-nəcabətə görə deyil.
التصنيفات
Elmin fəziləti