إعدادات العرض
Kim yemək yeyib: “Əlhəmdu-lilləhil-ləzi ətaməni həzə va razəqanihi min ğeyri həvlin minni və ləə qüvvətin(Mənim tərəfimdən heç bir güc və qüvvət sərf olmadan bunu mənə yedizdirən və mənə ruzi olaraq verən Allaha həmd olsun” desə, onun keçmiş günahları…
Kim yemək yeyib: “Əlhəmdu-lilləhil-ləzi ətaməni həzə va razəqanihi min ğeyri həvlin minni və ləə qüvvətin(Mənim tərəfimdən heç bir güc və qüvvət sərf olmadan bunu mənə yedizdirən və mənə ruzi olaraq verən Allaha həmd olsun” desə, onun keçmiş günahları bağışlanar
Səhl bin Muaz bin Ənəs atasından rəvayət edərək belə demişdir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: Kim yemək yeyib: “Əlhəmdu-lilləhil-ləzi ətaməni həzə va razəqanihi min ğeyri həvlin minni və ləə qüvvətin(Mənim tərəfimdən heç bir güc və qüvvət sərf olmadan bunu mənə yedizdirən və mənə ruzi olaraq verən Allaha həmd olsun” desə, onun keçmiş günahları bağışlanar.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Português සිංහල অসমীয়া Kiswahili Tagalog Tiếng Việt ગુજરાતી Nederlands پښتو नेपाली മലയാളം Svenska ไทย Кыргызча Română Malagasy ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Magyar Македонски Čeština Українська Lietuvių Kinyarwandaالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yemək yeyən kəsi Allaha həmd etməyə təşviq edir, çünki insanın Uca Allah və Onun köməyi olmadan yeməyi əldə etməyə və yeməyə gücü yoxdur. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözləri deyəni, Allah tərəfindən ötüb-keçmiş kiçik günahlarının bağışlanmasına layiq olduğu ilə müjdələdi.فوائد الحديث
Yeməyin sonunda Uca Allaha həmd etməyin müstəhəbliyi.
Uca Allahın qulları üzərindəki lütfünün böyüklüyünün bəyanı, belə ki, onları ruziləndirdi, ruzi səbəblərini onlar üçün asanlaşdırdı və bunu onların günahlarının təmizlənməsi səbəbi etdi.
Qulların bütün işləri onların gücü və qüvvəti ilə deyil, əksinə izzət və Cəlal sahibi olan Allahdandır və (bununla yanaşı) qul səbəbləri yerinə yetirməklə əmr edilmişdir.
التصنيفات
Təsadüfi hallarda edilən zikirlər