إعدادات العرض
Kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən oruc şəhvəti qırır
Kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən oruc şəhvəti qırır
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Biz Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanında idik və o, belə dedi: "Kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən oruc şəhvəti qırır."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Português Kurdî සිංහල অসমীয়া Kiswahili Tiếng Việt ગુજરાતી Nederlands پښتو नेपाली മലയാളം Svenska Кыргызча Română ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Magyar Македонски Čeština Українська አማርኛ Kinyarwanda Wolof Malagasyالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cinsi yaxınlıq və nikah yükünə (ailəni dolandırmağa) qadir olanları evlənməyə təşviq etmişdir, çünki, o haramlara baxmaqdan qoruyur və cinsi orqanı hifz edir və əxlaqsızlığa düşməyə maneə olur. Kimin nikah yükünə gücü çatmaz, lakin cinsi əlaqəyə qadir olarsa, o kəs isə oruc tutsun, çünki o cinsi orqanın şəhvətini kəsir və məninin şərrinin qarşısını alır.فوائد الحديث
İslamın iffət səbəblərinə və fuhuşdan salamat qalmağa hərisliyi.
Evliliyə maddi gücü çatmayanları oruc tutmağa təşviq etmək, çünki o cinsi şəhvəti zəiflədir.
Orucun kastrasiyaya bənzədilməsi yönü budur ki, kastrasiya xayaların damarlarına zərbədir ki, onların məhv olması ilə cinsi əlaqəyə olan həvəs də aradan qalxır, eləcə də oruc, o da cinsi əlaqəyə olan həvəsi zəiflədir.