إعدادات العرض
Nəfsim əlində olana and olsun ki, siz özünüzdən əvvəlkilərin yoluna tabe olacaqsınız."
Nəfsim əlində olana and olsun ki, siz özünüzdən əvvəlkilərin yoluna tabe olacaqsınız."
Əbu Vaqid əl-Leysidən (Allah ondan razı olsun) belə rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Huneynə çıxanda müşriklərin silahlarını asdıqları "Zətu-Ənvat" deyilən bir ağacın yanından keçdi və səhabələr dedilər: Ey Allahın elçisi, onların Zətu-Ənvat ağacı olduğu kimi, bizim üçün də Zətu-Ənvat ağacı düzəlt!” Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Subhənallah-(Allah pak və müqəddəsdir! )Bu, Musanın qövmünün dediyi kimidir: “Onların ilahları olduğu kimi, bizim üçün də bir ilah düzəlt!” [Əraf: 138] Nəfsim əlində olana and olsun ki, siz özünüzdən əvvəlkilərin yoluna tabe olacaqsınız."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá Tiếng Việt Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు ไทย മലയാളം Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof Українська ქართული Magyar Moore Shqip Македонскиالشرح
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Taif ilə Məkkə arasında bir vadi olan Huneynə getdi və onun yanında İslama yeni daxil olmuş bir neçə səhabə vardı. Onlar “zətu ənvat” adlanan, yəni üzərində asılmış şeylər olan bir ağacın yanından keçdilər. Müşriklər o ağaca ehtiram edirdilər, bərəkət diləmək niyyəti ilə onun üzərinə öz silahlarını və başqa şeyləri asırdılar. (Bu səhabələr) caiz olduğunu düşünərək, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) istədilər ki, onlar üçün bu ağac kimi, bərəkət diləyib silahlarını asa biləcəkləri bir ağac düzəltsin. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözü (səhabələrin istəyini) inkar edərək, Allahı təsbih etdi-Onu hər cür nöqsanlardan münəzzəh etdi və bu sözün Musanın qövmünün ona dediyi sözə-“Onların ilahları olduğu kimi, bizə də bir ilah et” - sözünə bənzədiyini bildirdi . (Musanın qövmü) Bütlərə ibadət edənləri gördükdə, müşriklərin bütləri olduğu kimi özlərinin də bütlərinin olmasını istədilər. Bu da, onların yoluna tabe olmaqdır. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ümmətin yəhudi və xristianların yoluna tabe olacağını, onların etdiklərini edəcəyini, bundan çəkindirmək üçün bizə xəbər verdi. فوائد الحديث
İnsan hərdən bir şeyi gözəl görür və həmin şeyin onu Uca Allaha yaxınlaşdırdığını düşünür, lakin, bu onu Allahdan uzaqlaşdırır.
Müsəlman dində söylənməsi doğru olmayan bir şeyi eşidəndə və təəccüblənəndə “Subhənallah” və “Allahu Əkbər” deməlidir.
Ağacdan, daşdan və digər şeylərdən bərəkət istəmək şirkdir və bərəkət yalnız Allahdan istənilir.
Bütlərə ibadət etməyin səbəbi, onları təzim etmək, özünü onlara həsr etmək və onlardan bərəkət istəməkdir.
Şirkə aparan qapıları və yolları bağlamağın vacibliyi.
Yəhudiləri və xristianları qınayan nasslar (ayə və hədislər) bizim üçün bir xəbərdarlıqdır.
Dəlillərin, dinimizdən olduğuna dəlalət etdiyi şeylər istisna olmaqla, cahiliyyə dövrünün insanlarına, yəhudi və xristianlara bənzəməyin qadağan olunması
التصنيفات
Üluhiyyə tövhidi