إعدادات العرض
Quran oxuyan möminin misalı sitrus meyvəsi kimdir, dadı və iyisi gözəldir. Quran oxumayan möminin misalı xurma kimidir, iyisi yoxdur, dadı isə şirindir
Quran oxuyan möminin misalı sitrus meyvəsi kimdir, dadı və iyisi gözəldir. Quran oxumayan möminin misalı xurma kimidir, iyisi yoxdur, dadı isə şirindir
Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: "Quran oxuyan möminin misalı sitrus meyvəsi kimdir, dadı və iyisi gözəldir. Quran oxumayan möminin misalı xurma kimidir, iyisi yoxdur, dadı isə şirindir, Quran oxuyan münafiqin misalı isə reyhan kimidir, iyisi gözəl, dadı isə acıdır. Quran oxumayan münafiqin misalı isə Əbu Cəhl qarpızı kimidir, iyisi yoxdur və dadı da acıdır."
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية Bosanski English فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी Español Kurdî Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt Hausa Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy Čeština नेपाली Oromoo Română Nederlands Soomaali తెలుగు മലയാളം Српски ไทย Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof ქართული Magyar Moore Українська Македонски Shqipالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Quran oxumaq və ondan fayda əldə etmək baxımından insanların qismlərini belə izah etmişdir: Birinci qism: Quran oxuyan və ondan faydalanan mömin. O, sitrus meyvəsi kimidir, yaxşı dadı, qoxusu və gözəl rəngi vardır. O kəsin faydaları çoxdur, oxuduqları ilə əməl edir və Allahın qullarına fayda verir. İkinci qism: Quran oxumayan mömin, xurma kimidir, dadı şirindir, lakin iyisi yoxdur. Onun qəlbinin imanla dolu olması, xurmanın dadının və içinin şirin olması kimidir. Onun, insanların iyləyə biləcəyi iyisinin olmaması isə, onun, insanların qulaq asıb rahatlayacaqları Quran oxumağı olmadığına görədir. Üçüncü qism: Quranı oxuyan münafiq. O, qəlbini imanla islah etmədiyi və Quranla əməl etmədiyi üçün xoş qoxuya malik, lakin dadı acı olan reyhan kimidir. O, insanların qarşısında özünü mömin olaraq göstərir. Gözəl ətri Quran oxumasına, acı dadı isə küfrünə bənzəyir. Dördüncü qism: Quranı oxumayan münafiq, Əbu Cəhl qarpızına bənzəyir. Beləki, onun iyisi yoxdur və dadı da acıdır. Bu qarpızın iyisinin olmaması, münafiqin Quran oxumadığı üçün iyisinin olmamasına, dadının acı olması isə münafiqin küfrünün acılığına bənzəyir. Onun daxili imandan məhrumdur, zahiri isə faydasızdır, əksinə hətta zərərlidir.فوائد الحديث
Quranı əzbərləyən və onunla əməl edənin fəziləti.
Tədris metodlarından biri də, başa düşməni yaxınlaşdırmaq (yaxşılaşdırmaq) üçün misallar verməkdir.
Müsəlman Uca Allahın kitabından davamlı olaraq müəyyən miqdar oxumalıdır.
التصنيفات
Qurana qayğı göstərməyin fəziləti