Hər kim "Əl-Lat və Uzzaya and olsun" deyərək and içsə, “Lə iləhə illəllah” desin və kim öz yoldaşına: “Gəl, səninlə qumar oynayım" desə, sədəqə versin

Hər kim "Əl-Lat və Uzzaya and olsun" deyərək and içsə, “Lə iləhə illəllah” desin və kim öz yoldaşına: “Gəl, səninlə qumar oynayım" desə, sədəqə versin

Əbu Hureyradan– radiyallahu anhu– rəvayət edilir ki, o, belə demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: Hər kim "Əl-Lat və Uzzaya and olsun" deyərək and içsə, “Lə iləhə illəllah” desin və kim öz yoldaşına: “Gəl, səninlə qumar oynayım" desə, sədəqə versin.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahdan başqasına and içməkdən çəkindirir, çünki mömin ancaq Allaha and içər. Və bildirir ki, kim Allahdan qeyrisinə and içərsə; məsələn, əgər kimsə, İslamdan əvvəl cahiliyyət dövründə ibadət edilən iki büt olan Əl-Lat və Əl-Uzzaya and içərsə, o zaman şirkdən uzaq olması və bu andının kəffarəsi olaraq deməlidir: "Ləə iləhə illəllah-Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. " Sonra o(Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verdi ki, kim dostuna desə ki: Gəl qumar oynayaq, – qumar isə iki və ya daha çox adamın, öz aralarında qoyduqları və qalibin götürdüyü pul üzərində yarışmasıdır. Və qumarda onların birinin qazanıb,digərinin itirməsi qaçılmazdır- çağırdığı şeyin kəffarəsi olaraq sədəqə verməsi ona müstəhəbdir.

فوائد الحديث

And yalnız Allaha və Onun ad və sifətlərinə olmalıdır.

İstər Əl-Lat və ya Əl-Uzza kimi bütlərə olsun, istər əmanətə, peyğəmbərə və ya başqa bir şeyə olsun, Allah-Təaladan başqasına and içmək haramdır.

Əl-Xəttabi demişdir: Ancaq təzim edilən məbuda(Allaha) and içilər, ona görə də əgər o, Lat və buna bənzər şeylərə and içərsə, artıq kafirlərə oxşamış olar, ona görə də ona tövhid kəlməsi ilə özünü islah etmək əmr olunmuşdur.

Allahdan başqasına and içənə, andın kəffarəsi vacib deyildir, əksinə ona tövbə edib bağışlanma diləməsi vacibdir. Çünki, bu tövbədən başqa bir şeylə kəffarə edilməyəcək qədər böyük günahdır.

Qumarın bütün formaları və şəkilləri ilə haram olması, çünki, o, Allah-taalanın haram buyurduğu və içki və bütlərlə bərabər tutduğu əməldir.

Günah işləndiyi halda, ondan dönməyin vacibliyi.

Kim pis bir iş görərsə, onun ardınca yaxşılıq etməlidir. Çünki yaxşı əməllər pis əməlləri silib aparar.

التصنيفات

Qadağan olunan sözlər və dilin bəlaları