إعدادات العرض
Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir
Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir
Əbu Yə'lə Şəddəd bin Ovs (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur: "Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir. Elə isə (haqlı olaraq) birisini öldürdükdə, onu gözəl tərzdə öldürün. Habelə, heyvan kəsdikdə, onu gözəl tərzdə kəsin. Sizdən biriniz bıçağını itiləsin və kəsəcəyi heyvanı rahatlasın".
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski සිංහල हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch پښتو অসমীয়া Shqip Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayuالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) uca Allahın bütün işlərdə ihsanı bizə vacib buyurduğunu xəbər verir. İhsan- insanın ibadətdə, xeyir əməl etməkdə, məxluqata əziyyət verməməkdə daima Allahın nəzarəti altında olduğunu bilməsidir. Qətldə və heyvanın kəsilməsində də ihsan məhz bu qəbildəndir. Qisas hökmünün həyata keçirilməsində ihsan: məhkum üçün ən asan, ən yüngül və ən sürətli qətl vasitəsini seçməkdir. Heyvanı kəsərkən ihsan: kəsici aləti heyvandan aralı məsafədə itiləmək, həmçinin onu digər heyvanların gözü önündə kəsməməklə şəfqət göstərməkdir.فوائد الحديث
İzzət və Cəlal sahibi Allahın qullarına lütfü və rəhməti.
Qətl və heyvan kəsimində ihsan, şəriətə uyğun olmasıdır.
Şəriətin kamiliyyi və bütün xeyirləri əhatə etməsi. Heyvana rəhmət və şəfqət də buna misaldır.
Bir insanın öldürüldükdən sonra orqanlarını kəsməyin (eybəcərləşdirməyin) qadağan edilməsi.
Heyvana əziyyət verən hər bir şeyin haramlığı.
