إعدادات العرض
Əgər sizdən biriniz öz namazında şəkk edərsə və neçə rükət- üç yoxsa dörd rükət qıldığını bilməzsə, şübhəni kənara atsın və əmin olduğu şeyə əsaslansın, sonra, salam verməzdən əvvəl iki səcdə etsin
Əgər sizdən biriniz öz namazında şəkk edərsə və neçə rükət- üç yoxsa dörd rükət qıldığını bilməzsə, şübhəni kənara atsın və əmin olduğu şeyə əsaslansın, sonra, salam verməzdən əvvəl iki səcdə etsin
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Əgər sizdən biriniz öz namazında şəkk edərsə və neçə rükət- üç yoxsa dörd rükət qıldığını bilməzsə, şübhəni kənara atsın və əmin olduğu şeyə əsaslansın, sonra, salam verməzdən əvvəl iki səcdə etsin, əgər beş rükət namaz qılıbsa, namazı (səhv səcdəsi ilə) cütə tamamlanar və əgər dörd rükət qılaraq tamamlamışdısa, bu iki səcdə şeytanı zəlil edər”.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو हिन्दी 中文 Kurdî Português دری অসমীয়া Tiếng Việt አማርኛ Svenska ไทย Yorùbá Кыргызча Kiswahili ગુજરાતી Hausa नेपाली Română മലയാളം Nederlands Oromoo සිංහල پښتو తెలుగు Soomaali Kinyarwanda Malagasy ಕನ್ನಡ Српски Moore ქართული Čeština Magyar Українська Македонски Lietuviųالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, əgər namaz qılan şəxs namazında tərəddüd edərsə və neçə rükət namaz qıldığını bilməzsə, üç yoxsa dörd qılıb deyə çəkk edərsə, şübhəli olan artıq rükəti uzaq tutsun və ona əsaslanmasın; Üç rükət yəqin olandır və ona görə dördüncü (şübhəli olan) rükəti qılsın, sonra salam verməzdən əvvəl iki səcdə etsin. Əgər qıldığı namaz həqiqətdə dörd rükət idisə; bir rükət əlavə edilməklə beş rükət oldu və iki səhv səcdəsi bir rükəti əvəzlədi və (beləliklə ümumi) say cüt oldu, tək olmadı. Əgər bu əlavə bir rükətlə dörd rükət qılmışsa, o zaman heç bir əlavə və nöqsan olmadan üzərinə vacib olanı artıq yerinə yetirmişdir. İki səhv səcdəsi şeytanı zəlil etmək, ona qalib gəlmək və onu istəyindən uzaqlaşdıraraq qovmaqdır. Çünki o, namaz qılanı namazında çaşdırmış, onu pozmağa çalışmışdır. Adəm övladının namazı, Allahın səcdə etmək əmrinə tabe olmaqla kamilləşmişdir. Hansı ki, İblis Adəmə səcdə etməyərək Allaha itaət etməkdən imtina etdiyi zaman artıq Allaha asi olmuşdur.فوائد الحديث
Əgər namaz qılan şəxs öz namazında şəkk edərsə və iki haldan biri onun üçün daha çox ehtimal daşımarsa, şübhəni tərk edib yəqin olan ilə əməl etməlidir ki, bu da ən az olanıdır. Beləliklə o, namazını tamamlamalı, salamdan öncə səhv səcdəsi etməli, sonra isə salam verməlidir.
Bu iki səcdə, namazı bərpa etmək üçün bir yol və şeytanı alçaldılmış və zəlil vəziyyətdə, istədiyindən uzaqlaşdıraraq rədd etməkdir.
Hədisdəki şəkk, (iki hal arasında) heç bir üstünlük olmadan edilən tərəddüddür, lakin, nə zaman böyük güman yaranarsa və (yaxud hallardan biri) üstünlük təşkil edərsə, onunla əməl edilər.
Şəriətin əmrinə tabe olaraq vəsvəsə ilə mübarizə aparmağa və onu dəf etməyə təşviq etmək.
التصنيفات
Səhv, tilavət və şükür səcdəsi