Dul qadına və kasıba əl tutan şəxs, Allah yolunda cihad edən və ya gecələri yorulmadan namaz qılıb, gündüzləri oruc tutan şəxs kimidir”

Dul qadına və kasıba əl tutan şəxs, Allah yolunda cihad edən və ya gecələri yorulmadan namaz qılıb, gündüzləri oruc tutan şəxs kimidir”

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Dul qadına və kasıba əl tutan şəxs, Allah yolunda cihad edən və ya gecələri yorulmadan namaz qılıb, gündüzləri oruc tutan şəxs kimidir”.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur ki, əri vəfat etmiş və heç kimdən maddi dəstəyi olmayan bir qadına, həmçinin maddi ehtiyacları olan insanlara yardım edən və savabını uca Allahdan umaraq onlara xərcləyən kəs, Allah yolunda cihad edən və ya yorulmadan gecə namazlarını qılan, oruc tutub iftarını açmayan şəxs kimi savab sahibidir.

فوائد الحديث

Xeyir işlərdə əməkdaşlığa, həmrəyliyə təşviq, kasıbların ehtiyacını ödəməyə çağırış.

İbadət bütün saleh əməlləri əhatə edir, dul qadına və kasıblara yardım etməyə çalışmaq da ibadətdəndir.

İbn Hubeyra demişdir:

Burada nəzərdə tutulan odur ki, Allah-təala həmin adamın tək bir əl tutmaq əməlinə görə, oruc tutanın, gecələr namaz qılanın və mücahidin- bunların hər birinin qazandığı üç əməlin savabını cəm olaraq ona bir dəfəyə verir. Çünki o, dul qadına ərinin əvəzinə maddi baxımdan dayaq oldu, özünü dolandıra bilməyən kasıba əl tutdu, bununla da öz gündəlik payından bir hissəsini xərclədi və sədəqə verdi. Ona görə də onun əcri oruc tutmağın, gecə namazının və cihadın savabına bərabər oldu.

التصنيفات

Əzalarla edilən əməllərin fəziləti