إعدادات العرض
Əllərinlə belə etməyin sənə kifayət idi." Sonra əlləri ilə bir dəfə yerə vurdu.Sonra sol əlini sağ əlinə sürtdü, əllərinin üzərinə və üzünə məsh çəkdi
Əllərinlə belə etməyin sənə kifayət idi." Sonra əlləri ilə bir dəfə yerə vurdu.Sonra sol əlini sağ əlinə sürtdü, əllərinin üzərinə və üzünə məsh çəkdi
Ammar bin Yasirdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) məni bir iş üçün göndərdi. Mən də cünub oldum,lakin su tapa bilmədim, buna görə də heyvanın torpaqda yuvarlandığı kimi yuvarlandım. Sonra Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldim və bunu ona xəbər verdim. O, dedi: Əllərinlə belə etməyin sənə kifayət idi." Sonra əlləri ilə bir dəfə yerə vurdu.Sonra sol əlini sağ əlinə sürtdü, əllərinin üzərinə və üzünə məsh çəkdi.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Hausa Português Kurdî Kiswahili සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు മലയാളം Lietuvių Српски ไทย Kinyarwanda Shqip ಕನ್ನಡ Wolof Українська Moore ქართული Magyar தமிழ் Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Ammar bin Yasiri (Allah ondan razı olsun) bəzi ehtiyacları üçün səfərə göndərdi. Və o, qadınla yaxınlıq etmək və ya şəhvət səbəbi ilə məni çıxdığına görə cünub oldu. Lakin qüsl almağa su tapmadı. Və cənabət üçün təyəmmüm almağın (icazəli olduğu) hökmünü bilmirdi, yalnız onun kiçik hədəs üçün olan hökmünü bilirdi. O, da ictihad etdi və zənn etdi ki, kiçik hədəsdən təyəmmüm alarkən yerin üzərindəki torpaqla bəzi dəstəmaz əzalarına məsh etdiyi kimi, su ilə muqayisə olaraq, cənabətdən təyəmmüm alarkən də bütün bədəni torpağa sürtmək lazımdır. Bu səbəblə bütün bədənini torpağa batırıncaya qədər torpağın içində çevrildi və namaz qıldı. O, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldikdə doğru olub-olmadığını bilmək üçün bunu ona bildirdi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) də ona sidik ifrazı kimi kiçik hədəs və cənabət kimi böyük hədəsdən necə təmizlənməli olduğunu izah etdi: Bu iki əli ilə torpağa bir dəfə vurmaq, sol əliylə sağ əlinə, əllərinin üzərinə və üzünə məsh etməkdir.فوائد الحديث
Təyəmmüm etməmişdən əvvəl su axtarmağın vacibliyi.
Cənabət olan və su tapmayan kəs üçün təyəmmümün icazəli olması.
Böyük hədəs üçün təyəmmümün şəkli kiçik hədəs üçün edilən təyəmmüm kimidir.
التصنيفات
Təyəmmüm