إعدادات العرض
Allaha çoxlu səcdə et, çünki Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, Allah ona görə sənin dərəcəni yüksəltməsin və günahını bağışlamasın .”
Allaha çoxlu səcdə et, çünki Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, Allah ona görə sənin dərəcəni yüksəltməsin və günahını bağışlamasın .”
Mədən ibn Əbi Talha Əl-Yəməridən belə söylədiyi rəvayət edilir: Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) xidmətçisi Səvbanla görüşdüm və dedim: Mənə, edəcəyim elə bir əməl haqqında xəbər ver ki, Allah onunla məni Cənnətə daxil etsin? Yaxud dedi: Dedim: Mənə əməllərin Allaha ən sevimlisini xəbər ver. O, isə susdu. Sonra ondan yenə soruşdum və o, susdu. Sonra üçüncü dəfə ondan souşdum və dedi: Mən bu haqda Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdum, o, isə belə dedi: Allaha çoxlu səcdə et, çünki Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, Allah ona görə sənin dərəcəni yüksəltməsin və günahını bağışlamasın .” Mədən dedi: Sonra Əbu Dərda ilə görüşdüm və ondan da bu haqda soruşdum, o, da mənə Səvbanın dediyinin eynisini dedi.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt සිංහල Hausa Kurdî Kiswahili Português தமிழ் دری অসমীয়া አማርኛ Svenska ไทย Yorùbá Кыргызча ગુજરાતી नेपाली Română മലയാളം Nederlands Oromoo తెలుగు پښتو Soomaali Kinyarwanda Malagasy ಕನ್ನಡ Српски Moore ქართული Čeština Magyar Українська Македонски Lietuviųالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Cənnətə girməyə səbəb olan və ya Allaha ən sevimli olan əməl haqqında soruşuldu . O, (Allahın salavatı və salamı onun üzərinə olsun) sual verənə dedi: Namaz qılmaqla çoxlu səcdə et, çünki Allaha etdiyin hər bir səcdəyə görə, Allah səni bir dərəcə yüksəldər və bir günahını bağışlayar.فوائد الحديث
Müsəlmanı, içində səcdə olduğu üçün fərz və nafilə namazlarına həris olmağa çağırmaq.
Səhabələrin fiqhinin bəyanı və cənnətin -Allahın rəhmətindən sonra- yalnız əməllə əldə oluna biləcəyini bilmələri.
Namazda səcdə etmək, qulun dərəcəsini yüksəltmək və günahlarının bağışlanması üçün ən böyük səbəblərdəndir.
التصنيفات
Namazın fəziləti