إعدادات العرض
Allah dərgahında ən qəzəbinə gələn insanlar, mübahisə etdikdə həddi aşanlardır
Allah dərgahında ən qəzəbinə gələn insanlar, mübahisə etdikdə həddi aşanlardır
Aişədən (Allah ondan razə olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Allah dərgahında ən qəzəbinə gələn insanlar, mübahisə etdikdə həddi aşanlardır."
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە සිංහල ไทย دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українськаالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Uca və Müqəddəs Allah insanlar arasında haqqa tabe olmayıb, şiddətli şəkildə və çox mübahisə edən, onu rədd etməyə çalışan və yaxud haqlı olaraq mübahisə edən, lakin mübahisədə həddi aşaraq mübaliğə edən və elmsiz höcətləşən kəsə nifrət bəsləyir.فوائد الحديث
Şərii məhkəmə yolu ilə haqqını tələb edən məzlum, sözügedən məzəmmətli mübahisə mövzusuna daxil deyildir.
Höcətləşmə və mübahisə müsəlmanların arasında ayrılıq və düşmənçiliyə səbəb olacaq dilin bəlalarındandır.
Gözəl mübahisə, haqq üzərində qurulan və gözəl üslubla edilən müzakirədir, lakin haqqı inkar etməklə, batilə üstünlük vermək və dəlilsiz, sübutsuz mübahisə etmək məzəmmət olunan mübahisədir.