إعدادات العرض
Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar
Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar
Möminlərin anası Ummu Abdullah Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi va səlləm) belə buyurmuşdur: "Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar". Müslimin rəvayətinə isə: “Kim bizim əməlimizə uyğun olmayan bir əməl işləyərsə, o rədd olunar”.
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski සිංහල हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch پښتو অসমীয়া Shqip Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayuالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, kim dinə yenilik gətirərsə, yaxud Quran və sünnədə təsdiqini tapmayan bir əməli edərsə, həmin əməl sadəcə özü üçün etdiyi faydasız bir əməl olar və Allah tərəfindən qəbul olunmaz.فوائد الحديث
İbadətlər Quran və sünnədə gələn dəlillərə əsaslanır, ona görə də biz uca Allaha dinə artırılmış yeniliklər və ya sonradan uydurulmuş bidətlərlə deyil, Onun əmr etdiyi qayda-qanunlara tam uyğun olaraq ibadət edirik.
Din hər hansı bir kəsin fikri və xoşuna gəldiyi tərzdə deyil, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) tabe olmaqla gerçəkləşir.
Bu hədis dinin kamilliyinə dəlildir.
Bidət, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun səhabələrinin dövründə öz əksini və təsdiqini tapmayan əqidədə, eləcə də söz və əməldə sonradan əlavə edilən yeniliklərdir.
Bu hədis İslamın əsaslarından biridir və əməllər üçün tərəzi misalındadır. Necə ki, uca Allahın razılığı umulmayan hər bir işin savabı olmadığı kimi, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurduğu şəriətə uyğun olmayan əməl də onu edən üçün faydasız olar.
Hədis, sonradan yaranan bidətləri və ortaya çıxan münkərləri rədd edən bir qaydadır.
Qadağan olunan yeniliklər dini məsələləri əhatə edir, dünya işlərindəki yeniliklərə aid deyildir.
