Cəhənnəm əhlindən mənim (hazırda) görmədiyim iki sinif insan var: İnək quyruğuna bənzər qamçıları olan və onunla insanları vuran kəslər və kişiləri başdan çıxaran və özləri də azmış, geyinmiş çılpaq qadınlar

Cəhənnəm əhlindən mənim (hazırda) görmədiyim iki sinif insan var: İnək quyruğuna bənzər qamçıları olan və onunla insanları vuran kəslər və kişiləri başdan çıxaran və özləri də azmış, geyinmiş çılpaq qadınlar

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Cəhənnəm əhlindən mənim (hazırda) görmədiyim iki sinif insan var: İnək quyruğuna bənzər qamçıları olan və onunla insanları vuran kəslər və kişiləri başdan çıxaran və özləri də azmış, geyinmiş çılpaq qadınlar, onların başları dəvə hörgücləri kimidir. Bu qadınlar cənnətə girməyəcəklər, onun qoxusunu belə hiss etməyəcəklər. Halbuki onun qoxusu bu qədər uzaq məsafədən hiss edilir. "

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) görmədiyi və öz dövründə olmayan, sonra mövcud olacaq cəhənnəm əhlindən olan iki sinif insanlardan çəkindirir: Birinci sinif: İnək quyruğuna bənzər uzun qamçıları olan toplum. Bu qamçılarla insanları vururlar. Onlar insanları haqsız yerə döyən polislər və zalımların köməkçiləridir. İkinci sinif: Adətən qadınların yaradılış xisləti olan iffət və həya libasını çıxardan qadınlar. Və onları belə vəsf etmişdir: Zahirən geyinmiş, həqiqətdə isə çılpaq olanlar. Çünki onlar dərini göstərən nazik paltarlar geyinirlər, gözəllik göstərmək üçün bədənlərinin bir hissəsini örtüb, bir hissəsini üzə çıxarırlar. Geyimləri və göstərişli gəzişləri ilə kişilərin qəlbini özlərinə meyl etdirirlər. Çiyinlərini meyl etdirirlər və düşdükləri azğınlıq və sapıqlığa başqalarını da meyl etdirirlər. Onların xüsusiyyətlərindən biri: başlarının dəvə hörgücü kimi əyri olmasıdır. Onlar başlarının həcmini, parça və başqa şeylər bağlayaraq böyüdürlər, Dəvələrin hörgücünə bənzəməsi, saçlarını və hörüklərini başlarının üzərinə qaldırması və bağladıqları parçaya görə dəvə hörgücü əyildiyi kimi başın bir tərəfinə əyilib qırılmasıdır. Kimdə bu sifətlər olarsa, cənnətə daxil olmamaq, onun iyini belə duymamaq və cənnətə yaxınlaşmamaq kimi şiddətli xəbərdarlıq ona aiddir. Halbuki cənnətin qoxusu uzaq məsafədən hiss olunur.

فوائد الحديث

İnsanları, etmədikləri günah və işləmədikləri cinayətlərə görə vurmağın və onlara əziyyət verməyin haram olması.

Zalımlara, etdikləri zülmlərində yardım etməyin haramlığı.

Qadınları açıq saçıqlıqdan, başlarını açmaqdan, övrət yerlərini göstərən və ya aşkar edən dar və şəffaf paltar geyinməkdən çəkindirmək .

Müsəlman qadını, Allahın əmirlərinə əməl etməyə və Allahı qəzəbləndirən və onu axirətdə əbədi, ağrılı-acılı əzaba layiq edən əməllərdən uzaqlaşmağa təşviq etmək.

Bu hədis Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərliyinin dəlalətlərindəndir.Çünki, o, baş verməmiş qeybi məsələlərdən xəbər vermişdir və xəbər verdiyi kimi də baş verdi.

التصنيفات

Cənnət və Cəhənnəmin vəsfləri