Biz bir gün Ömərin yanında idik, o, belə dedi: “Bizə, təkəlluf etmək (çətinləşdirmək) qadağan edildi”

Biz bir gün Ömərin yanında idik, o, belə dedi: “Bizə, təkəlluf etmək (çətinləşdirmək) qadağan edildi”

Ənəsin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Biz bir gün Ömərin yanında idik, o, belə dedi: “Bizə, təkəlluf etmək (çətinləşdirmək) qadağan edildi”.

[Səhih] [Əl-Buxari rəvayət etdi]

الشرح

Ömər (Allah ondan razı olsun) xəbər verir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) zərurət olmadığı halda, sözdə və əməldə çətinliyə səbəb olan hər şeyi qadağan etmişdir.

فوائد الحديث

Qadağan edilən dərinə getmək (əlavə mükəlləfiyyət) arasında: insanın çox sual verməyi, bilmədiyi məsələlərlə özünü çətinliyə salmağı və ya Allahın genişlik və asanlıq bəxş etdiyi bir məsələdə sərt olub, onu daraldıb çətinə salmaq.

Müsəlman sözündə, əməlində: yeməyində, içməyində və bütün hallarda özünü yumşaqlığa və çətinləşdirməməyə alışdırmalıdır.

İslam asanlıq dinidir.

التصنيفات

Pis əxlaq