إعدادات العرض
Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi,
Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi,
Əbu Hureyradan (Allah ondn razı olsun) belə dediyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz əsnasında təkbir gətirdikdə, Quran oxumazdan əvvəl qısa bir müddət susardı. Ona görə dedim: Ey Allahın Elçisi-anam və atam sənə fəda olsun-təkbir və qiraət arasında sakit durduqda nə söyləyirsən? O, dedi: Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi, Allahummə nəqqini min xatayəyə, kəmə yunəqqas-səvbul-əbyadu minəd-dənəsi, Allahumməğsilni min xatayəyə bilməi, vəs-səlci, vəl-bərdi."-deyirəm. (Allahım, şərqlə qərbin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaq et. Allahım, ağ paltar çirkdən təmizləndiyi kimi, məni də günahlarımdan təmizlə. Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu).
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Hausa Português Kurdî Kiswahili සිංහල دری অসমীয়া ไทย አማርኛ Svenska Yorùbá Кыргызча ગુજરાતી नेपाली Oromoo മലയാളം Română Nederlands Soomaali پښتو తెలుగు Kinyarwanda ಕನ್ನಡ Malagasy Српски Moore ქართული Čeština Українська Magyar Македонски Lietuviųالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz üçün təkbir (Allahu Əkbər) dedikdən sonra, “Fatihə” surəsini oxumazdan əvvəl azacıq sakit durardı, orada bəzi dualarla namazına başlayardı. Və bu dualardan varid olanlardan biri: "Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi, Allahummə nəqqini min xatayəyə, kəmə yunəqqas-səvbul-əbyadu minəd-dənəsi, Allahumməğsilni min xatayəyə bilməi vəs-səlci vəl-bərdi." Allahım, şərqlə qərbin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaq et. Allahım, ağ paltar çirkdən təmizləndiyi kimi, məni də günahlarımdan təmizlə. Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu. O, Uca Allaha dua edir ki, onu günahlardan uzaq etsin ki, günaha düşməsin. Elə bir şəkildə uzaq etsin ki, günahla qarşılaşmasın, necə ki, şərqlə qərb heç zaman qarşılaşmaz. Əgər o günahlara düşsə, çirk ağ paltardan çıxarıldığı kimi, onu da günahlardan təmizləsin, günahlarını su, qar və dolu kimi soyuq təmizləyicilərlə yusun, onların alovunu və istiliyini soyutsun.فوائد الحديث
Səsli namazda olsa da belə, açılış duasını gizli oxumaq.
Səhabələrin (Allah onlardan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) hərəkətlərində və sükunətindəki hallarını bilməyə can atmaları.
Açılış duasının başqa formaları da varid olmuşdur. Yaxşı olar ki, insan ondan (Allahın salavatı və salamı onun üzərinə olsun) varid və sabit olan açılış dualarını öyrənsin və hər dəfə birini söyləsin.
التصنيفات
Namazın zikirləri