إعدادات العرض
Bir-birinizə həsəd etməyin, bir-birinizi aldadaraq qiyməti qaldırmayın, bir-birinizə nifrət bəsləməyin, bir-birinizə arxa çevirməyin, biriniz digərinizin satışı üzərinə satış etməsin. Ey Allahın qulları, qardaş olun!
Bir-birinizə həsəd etməyin, bir-birinizi aldadaraq qiyməti qaldırmayın, bir-birinizə nifrət bəsləməyin, bir-birinizə arxa çevirməyin, biriniz digərinizin satışı üzərinə satış etməsin. Ey Allahın qulları, qardaş olun!
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu (sallallahu aleyhi va səlləm) belə demişdir: "Bir-birinizə həsəd etməyin, bir-birinizi aldadaraq qiyməti qaldırmayın, bir-birinizə nifrət bəsləməyin, bir-birinizə arxa çevirməyin, biriniz digərinizin satışı üzərinə satış etməsin. Ey Allahın qulları, qardaş olun! Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz və onu alçatmaz". Peyğəmbər (sallallahu aleyhi va səlləm) sinəsinə işarə edərək üç dəfə: "Təqva buradadır" – deyə təkrar etdi. "Kişiyə müsəlman qardaşını alçaltması şər olaraq kifayət edər. Hər bir müsəlman üçün digər bir müsəlmanın qanı, malı və namusu haramdır".
الترجمة
العربية বাংলা Bosanski English Español Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Português සිංහල Tiếng Việt অসমীয়া Kiswahili Nederlands ગુજરાતી Magyar ქართული Română ไทย తెలుగు मराठी ਪੰਜਾਬੀ دری አማርኛ Malagasy پښتو ភាសាខ្មែរ ಕನ್ನಡ Lietuvių Македонски O‘zbek Moore Українськаالشرح
Peyğəmbər (sallallahu əleyhi va səlləm) müsəlmana digər müsəlman qardaşına yaxşılıq etməsini tövsiyə etmiş və müsəlman qardaşına qarşı yerinə yetirməsi lazım olan bəzi vacibləri və ədəbləri izah etmişdir. Bunlardan bəziləri aşağıdakılardır: Birinci tövsiyə: Bir-birinizə həsəd etməyin. Yəni biriniz digərinin sahib olduğu nemətin əlindən çıxmasını arzulamasın. İkinci tövsiyə: Aldadaraq qiyməti qaldırmayın. Bu, (kənar şəxsin) bir şeyi almaq niyyəti olmadan sadəcə satıcıya fayda vermək və ya alıcıya zərər vermək üçün qiyməti artırmasıdır. Üçüncü tövsiyə: Bir-birinizə nifrət etməyin. Bu, zərər verməyi arzulamaqdır ki, bu da sevgiyə ziddir. Lakin nifrət Allah üçün olarsa, bu zaman nifrət etmək vacibdir. Dördüncü tövsiyə: Bir-birinizə arxa çevirməyin. Yəni: Sizdən kimsə qardaşına arxa çevirməsin, ondan üz döndərməsin, onu tərk edib, əlaqəni kəsməsin. Beşinci tövsiyə: Bir-birinizin satışı üzərinə satış etməyin. Yəni: mal alan müştəriyə: "Məndə daha ucuz qiymətə eynisi var və ya eyni qiymətə ondan daha yaxşısı var" - deməsin. Sonra Peyğəmbər (sallallahu əleyhi va səlləm) ümumi bir tövsiyə edərək belə dedi: Bir-birinizə qarşı, qeyd olunan haram şeylərdən çəkinməklə, sevgi, mərhəmət, şəfqət, mülayimlik və xeyir işlərdə yardımlaşmaqla, həmçinin qəlblərin saflığı və hər bir halda məsləhət verməklə qardaş olun. Bu qardaşlığın tələblərindən bəziləri: Müsəlman qardaşına zülm etməsin və ona qarşı həddi aşmasın. Müsəlman qardaşı zülmə məruz qaldığı zaman onu tək buraxmasın, ona yardım edə biləcəyi və zülmü ondan uzaqlaşdırmağa gücü çatdığı bir yerdə onu köməksiz qoymasın. Onu təhqir etməsin, onu kiçik görməsin, ona dəyərsiz və alçaq nəzərlə baxmasın. Bu, qəlbdə olan təkəbbürlükdən qaynaqlanır. Sonra Peyğəmbər (sallallahu əleyhi va səlləm) üç dəfə təkrar edərək təqvanın qəlbdə olduğunu və kimin qəlbində insanı gözəl əxlaqa, Allahdan qorxmağa və daima ona, Allahın müşahidəsi altında olduğunu xatırladan təqva olarsa, belə bir şəxsin - heç vaxt müsəlman qardaşına aşağı baxmayacağını bəyan etmiş və müsəlman qardaşına qarşı aşağı baxmağın şərli xüsusiyyətlərdən və pis əxlaqdan olduğunu xəbər vermişdir. Bu isə onun qəlbində olan təkəbbürlüyün nəticəsidir. Daha sonra Peyğəmbər (sallallahu əleyhi va səlləm) əvvəldə söylədiyi sözlərini bir daha qüvvətləndirərək vurğuladı ki, bir müsəlmanın digər müsəlmanı öldürərək, yaralayaraq yaxud döyərək qanını axıtması haramdır. Eynilə, müsəlmanın malını haqsız mənimsəmək və həmçinin onu, həm şəxsiyyətinə, həm də nəsəbinə görə pisləmək haramdır.فوائد الحديث
İman qardaşlığının tələb etdiyi hər bir şey əmr edilmiş və ona zidd olan söz və əməllər isə qadağan olunmuşdur.
Təqvanın təməli qəlbdə Allahı tanımaq, Ondan qorxmaq və Onun nəzarətini hiss etməkdir. Bu təqva nəticəsində, saleh əməllər meydana gəlir.
Zahiri azğınlıq, qəlbdə təqvanın zəifliyinə dəlalət edir.
Müsəlmana hər hansı bir şəkildə, istər sözlə, istərsə də əməllə əziyyət vermək qadağandır.
Bir müsəlmanın başqasının sahib olduğu nemətlərin ondan getməsini istəmədən, onda olan nemətlərə sahib olmağı istəməsi həsəd sayılmaz, buna "qibtə" deyilir. Qibtə icazlidir və insana xeyir işlərdə yarışmağa yardım edir.
İnsan təbiəti etibarı ilə istəmir ki, kimsə fəzilət baxımından hər hansısa bir şeydə onu üstələsin. Əgər o, başqasının sahib olduğu nemətlərin ondan getməsini arzulayırsa, bu, məzəmmət olunan "həsəd"-dir. Amma xeyir işlərdə onunla yarışmağı istəyərsə, bu, icazəli olan "qibtə"-dir.
Bir müsəlmanın, müştəriyə aldığı malda çox aldadıldığını başa salması, "müsəlman qardaşın satışı üzərinə satış etməkdən" deyil. Bu, müsəlman qardaşına nəsihət verməyin tələblərindəndir. Lakin bu, müştəri qardaşına nəsihət etmək niyyəti ilə olmalıdır, heç də satıcıya zərər vermək niyyəti ilə deyil. Çünki əməllər niyyətlərə görədir.
Əgər alıcı və satıcı razılaşmayıbsa və qiymət hələ müəyyən edilməyibsə, (başqa bir satıcının müştəriyə öz malını təklif etməsi) müsəlman qardaşının satışı üzərinə satış etməkdən sayılmaz.
"Allah üçün nifrət etmək" hədisdə qadağan olunan nifrətdən deyil. Çünki bu, vacibdir və imanın ən möhkəm bağlarından biridir.