إعدادات العرض
Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz
Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz
Ənəsdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz."
الترجمة
العربية বাংলা Bosanski English Español Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Português සිංහල অসমীয়া Kiswahili Tiếng Việt ગુજરાતી Nederlands پښتو नेपाली മലയാളം Svenska Кыргызча Română ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Magyar Kinyarwanda Македонски Čeština فارسی Українська Lietuvių አማርኛ Wolofالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq şəkildə bildirmişdir ki, hər bir müsəlman özü üçün sevdiyi itaətləri, dində və dünyada olan xeyir növlərini qardaşı üçün istəmədikcə, özü üçün sevmədiyi şeyi də onun üçün sevməyənə qədər onun imanı kamil olmaz. Buna görə də o, müsəlman qardaşının dinində bir nöqsan görərsə, onu düzəltməyə çalışar, onda xeyir görərsə onu xeyirə istiqamətləndirər və ona yardım edər, din və dünya işlərində ona nəsihət edər.فوائد الحديث
İnsanın özü üçün sevdiyini qardaşı üçün də sevməsinin vacibliyi. Çünki özü üçün sevdiyini qardaşı üçün sevməyən bir kəsdən imanın inkar olunması bunun vacibliyinə dəlalət edir.
Allah üçün olan qardaşlıq nəsil (qan) qardaşlığından üstündür, ona görə də onun haqqı daha vacibdir.
Aldatma, qeybət, həsəd, müsəlmanın özünə, malına və namusuna təcavüz kimi sevgiyə zidd olan bütün söz və hərəkətlərin haram olması.
(İnsanı) həvəsləndirəcək- "Qardaşına” sözü kimi bəzi sözlərdən istifadə etmək “
Əl-Kirmani-rahiməhullah-demişdir: “Özünün sevmədiyi şərri qardaşı üçün də sevməməyi imandandır və o, bunu qeyd etməmişdir. Çünki bir şeyi sevmək onun əksinə nifrət etməyi zəruri edir, ona görə də (qeyd olunanlarla)
kifayətlənərək bunu deməmişdir.
التصنيفات
Gözəl əxlaq