إعدادات العرض
Kim dəstəmaz alar və onu kamil şəkildə yerinə yetirərsə, sonra cümə namazına gedər, dinləyər və sakit durarsa, onunla növbəti cümə arasındakı və əlavə üç günlük günahları bağışlanar
Kim dəstəmaz alar və onu kamil şəkildə yerinə yetirərsə, sonra cümə namazına gedər, dinləyər və sakit durarsa, onunla növbəti cümə arasındakı və əlavə üç günlük günahları bağışlanar
Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: "Kim dəstəmaz alar və onu kamil şəkildə yerinə yetirərsə, sonra cümə namazına gedər, dinləyər və sakit durarsa, onunla növbəti cümə arasındakı və əlavə üç günlük günahları bağışlanar və hər kim kiçik daşlarla oynayarsa, artıq boş işlə məşğul olmuş (cümənin savabını itirmiş) olar."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Português සිංහල অসমীয়া Kiswahili Tiếng Việt ગુજરાતી Nederlands پښتو नेपाली മലയാളം Svenska Кыргызча Română ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Magyar Македонски Čeština Українська Lietuvių Kinyarwanda Wolof Malagasyالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim dəstəmaz alar və onun ruknlarını tamamlayaraq, sünnət və ədəblərinə əməl etməklə gözəl şəkildə yerinə yetirərsə, sonra cümə namazını gedib, susaraq xütbə verəni dinləyərsə və boş söhbət etməzsə, bu cümə namazından ikinci cüməyə və üç gün də əlavə olaraq on günlük kiçik günahlarını Allah bağışlayar. Çünki yaxşı əməlin savabı on qat artırılar. Sonra o, (Allahın salavatı və salamı onun üzərinə olsun) xütbə zamanı bədən əzaları ilə daşlara toxunmaq və digər bu kimi boş işlərlə məşğul olub, xütbədə deyilən nəsihətlərə qəlbin yönəlməməsindən çəkindirir. Belə ki, kim bunu edərsə, artıq boş işlə məşğul olmuşdur və kim boş işlə məşğul olarsa, cümə namazının kamil savabından heç bir payı yoxdur.فوائد الحديث
Dəstəmaz almağa və onu kamil şəkildə tamamlamağa və cümə namazına riayət etməyə (davamlı qılmağa) təşviq etmək.
Cümə namazının fəziləti.
Cümə xütbəsinə sakitcə qulaq asmaq, söhbət və ya başqa bir şeylə məşğul olaraq ondan yayınmamaq lazımdır.
Xütbə əsnasında boş işlə məşğul olanın cümə namazı keçərli olub, üzərindəki fərzi düşürmüş olur(cümə fərzi yerinə yetirilmiş sayılır), lakin bununla yanaşı namazın savabı naqis olur.
التصنيفات
Cümə namazının fəziləti