Allaha ən sevimli olan dörd kəlimə vardır: Subhanallah (Allah və nöqsanlardan pakdır), əlhəmdulilləh (həmd yalnız Allaha məxsusdur), ləə iləhə illəllah (Allahdan başqa ibadətə layiq ilah yoxdur), Allahu əkbər (Allah ən böyükdür).Hansıyla başlasan zərəri olmaz

Səmura bin Cundəbdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Allaha ən sevimli olan dörd kəlimə vardır: Subhanallah (Allah və nöqsanlardan pakdır), əlhəmdulilləh (həmd yalnız Allaha məxsusdur), ləə iləhə illəllah (Allahdan başqa ibadətə layiq ilah yoxdur), Allahu əkbər (Allah ən böyükdür).Hansıyla başlasan zərəri olmaz.

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, uca Allaha ən sevimli olan kəlimələr dörddür: Subhanallah: Yəni uca Allahın bütün nöqsanlardan uzaq olması. Əlhəmdulilləh: Bu, sevgi və təzim bəsləməklə Allahı ən mükəmməl sifətlə vəsf etməkdir. Lə iləhə illəllah: Yəni, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Allahu əkbər: Yəni, O hər şeydən ən izzətli, ən əzəmətli, ən böyükdür. Bu fəziləti və savabını əldə etmək üçün bu kəlimələri tələffüz edərkən onları sıra qaydasında söyləmək vacib deyildir.

فوائد الحديث

Şəriətin asanlığı, belə ki, hansı biri ilə başlasan fərq etmir.

التصنيفات

Ümumi zikirlər