إعدادات العرض
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən səxavətlisi idi və Cəbrail onunla Ramazanda görüşdüyü zaman ən səxavətli olduğu vaxtı idi
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən səxavətlisi idi və Cəbrail onunla Ramazanda görüşdüyü zaman ən səxavətli olduğu vaxtı idi
İbn Abbasdan (Allah ondan və atasından razı olsun) rəvayət edildiyinə görə, o, belə dedi: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən səxavətlisi idi və Cəbrail onunla Ramazanda görüşdüyü zaman ən səxavətli olduğu vaxtı idi və Ramazanın hər gecəsi onunla görüşər və qarşılıqlı bir -birinə Quran oxuyardılar. Və Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xeyirdə əsən küləkdən belə cömərd idi.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Português සිංහල Русский অসমীয়া Kiswahili Tiếng Việt ગુજરાતી Nederlands پښتو دری Hausa नेपाली മലയാളം Кыргызча Română Svenska Српски తెలుగు ქართული Moore Magyar Македонски Čeština ಕನ್ನಡ Українська Kinyarwanda Wolof Malagasyالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən səxavətlisi idi və Ramazan ayında səxavəti daha da artardı, belə ki, lazım olanı lazım olan şəxsə verirdi və səxavətinin artmasının səbəbi də iki şey idi: Birincisi: Cəbrail ilə (Allahın salamı onun üzərinə olsun) görüşməsi. Digər məsələ: Quranı qarşılıqlı oxuyaraq- təkrarlamaq, bu isə onu əzbər oxumaqdır. Cəbrail (Allahın salamı onun üzərinə olsun) Qurandan nazil olan hər şeyi ona öyrədir və Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) daha səxavətli, daha çox xeyirxah olurdu və insanlara fayda verməkdə, Allahın yağış və rəhmətlə göndərdiyi gözəl küləkdən daha sürətli olurdu.فوائد الحديث
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) xüsusən də Ramazan ayında, səxavətinin və geniş əliaçıqlığının bəyanı, çünki, o itaət və xeyirxah əməllər ayıdır.
Hər zaman səxavətli olmağa təşviq etmək və Ramazan ayında onu artırmaq bəyəniləndir.
Ramazan ayında xərcləməyi, sədəqə verməyi, xeyirxahlıq etməyi və Quran oxumağı çoxaltmaq.
Biliyin qorunub saxlanılması səbəblərindən biri də onu elm tələbələri və alimlərlə birlikdə öyrənməkdir.