Kim mənim bir vəlimə (dostuma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum ona fərz etdiyim şeydən daha sevimli olan heç bir şeylə mənə yaxınlaşmaz

Kim mənim bir vəlimə (dostuma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum ona fərz etdiyim şeydən daha sevimli olan heç bir şeylə mənə yaxınlaşmaz

Əbu Hureyradan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allah belə buyurdu: Kim mənim bir vəlimə (dostuma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum ona fərz etdiyim şeydən daha sevimli olan heç bir şeylə mənə yaxınlaşmaz ,qulum mənə nafilə (sünnət) ibadətlərlə yaxınlaşmağa o qədər davam edər ki, nəhayət Mən onu sevərəm. Mən onu sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli və gəzən ayağı olaram, Məndən bir şey istəsə, ona verərəm, Mənə sığınsa, onu qoruyaram. Mən etdiyim heç bir şeydə mömin qulumun canını almaq kimi tərəddüt etmədim. Qulum ölümü sevmir, mən də onu incidən şeyi sevmirəm."

[Səhih] [Əl-Buxari rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) qüdsü hədisdə xəbər vermişdir ki, izzət və cəlal sahibi olan Uca Allah deyir: Hər kim mənim dostlarımdan birinə əziyyət verər, onu qəzəbləndirər və ona nifrət edərsə, mən ona xəbər verərəm və ona düşmənçilik elan edərəm. Vəli ( dost): təqvalı mömindir. Qulun iman və təqvası qədərincə, Allahın dostluğundan payı olar. Müsəlman, Allahın ona fərz və vacib etdiyi itaətləri etmək və haramaları tərk etməkdən daha sevimli olan başqa bir şeylə Rəbbinə yaxınlaşmaz. Müsəlman fərzləri yerinə yetirərək və nafilə ibadətləri edərək Allaha o qədər yaxınlaşar ki, hətta Allahın məhəbbətinə nail olar. Əgər Allah onu sevərsə, bu dörd bədən üzvündə onu doğruya yönəldər: Eşitməsini doğruya yönəldər və beləliklə yalnız Allahı razı salan şeyləri eşidər. Görməsini doğruya yönəldər və beləliklə yalnız Allahın sevdiyi və razı qaldığı şeylərə baxar. Əlini dorğuya yönəldər və beləliklə əli ilə yalnız Allahın razı qaldığı işləri görər. Ayağını doğruya yönəldər və beləliklə yalnız Allahın razı qaldığı yerə gedər və yalnız xeyir olan yerə getməyə səy göstərər. Bununla bərabər, əgər Allahdan bir şey istəyərsə, Allah ona istədiyini verər, duasına cavab verilən kəs olar. Əgər qorunmaq üçün Allaha sığınıb, ona yönələrsə, pak olan Allah onu qorxduğu şeydən qoruyar və himayə edər. Sonra Uca Allah buyurdu: Mən gördüyüm heç bir işdə, möminə qarşı olan rəhmətimə görə, onun canını almaqda tərəddüd etdiyim kimi tərəddüt etmədim. Çünki o, ağrı-acısına görə ölümü xoşlamır, Allah da mömini incidən şeyi xoşlamır.

فوائد الحديث

Bu hədis Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) öz Rəbbindən rəvayət etdiyi hədislərdən biridir, Qüdsi və ya ilahi hədis adlanır. Bu, mənası və sözləri Allah tərəfindən olan hədisdir. Lakin bu hədislərdə, Qurana xas olan və quranı başqalarından fərqlənirən xüsusiyyətlər yoxdur. Məsələn, onu oxumaqla ibadət etmək, onun üçün pak olmaq, onunla meydan oxumaq, möcüzəvi olması və s.(bu xüsusiyyətlər yalnız Qurana xasdır, qüdsi hədisdə yoxdur).

Allahın dostlarına əziyyət verməyin qadağan edilməsi, onları sevmək və fəzilətlərini etiraf etməyə isə təşviq etmək.

Allahın düşmənləri ilə düşmənçilik etməyin əmr olunması və onlarla dostluq etməyin qadağan olunması.

Hər kim Allahın şəriətinə tabe olmadan Onun dostu olduğunu iddia edərsə, O, iddiasında yalançıdır.

Allahın dostluğu vacibləri yerinə yetirmək və haramları tərk etməklə əldə edilir.

Allahın qulu sevməsinin və onun duasına cavab verməsinin səbəblərindən biri də, vacibləri yerinə yetirib, haramları tərk etdikdən sonra nafilə (vacib olmayan əlavə) ibadətlər etməkdir.

Allah dostlarının şərəfinə və onların Allah qatında yüksək məqama sahib olmalarına işarə.

التصنيفات

Ad və sifətlər tövhidi