إعدادات العرض
Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun
Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun
İrbad bin Səriyənin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün aramızda ikən ayağa qalxıb bizə, qəlblərimizi titrədən, gözlərimizi yaşardan bəlağətli bir xütbə söylədi. Ona dedilər ki: Ey Allahın Rəsulu, bizə sanki vida xütbəsi verdin, ona görə bizə vəsiyyət et. O dedi: “ Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun və ondan azı dişlərinizlə yapışın. Dinə artırılmış yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir.”
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá اردو Bahasa Indonesia ئۇيغۇرچە Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy Română Kinyarwanda বাংলা తెలుగు Bosanski Kurdî Lietuvių Oromoo മലയാളം Nederlands Soomaali Shqip Српски Deutsch Українська ಕನ್ನಡ Wolof Moore Português ქართული 中文 Magyar فارسی Tagalog தமிழ் Македонскиالشرح
Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) qəlbləri qorxuya salan, gözləri yaşardan bəlağətli bir xütbə söylədi. Onlar Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) təsirli çıxışını görüb dedilər: "Ey Allahın Rəsulu, bu sanki vida xütbəsi idi". Onlar Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra gələn dövrlərdə sarıla biləcəkləri məsləhətlər barədə ondan tövsiyələrini istədilər. Buyurdu: Sizə fərzləri yerinə yetirməklə və haramları tərk etməklə izzət və cəlal sahibi olan Allahdan qorxmağı tövsiyə edirəm. Rəhbərlərə tabe olub, itaət etmək. Əgər bir kölə sizin üzərinizdə rəhbər və ya hakimiyyət sahibi olarsa, yəni cəmiyyətin ən aşağı təbəqəsindən olan bir kəs sizə hökmdar olarsa, bundan boyun qaçırmayın və fitnələrin oyanmaması üçün ona itaət edin, çünki sizdən kimə ömür vəfa etsə, çoxlu ixtilaflar görəcək. Sonra onlara bu ixtilafdan çıxış yolunu izah etdi ki, bu da onun yoluna və özündən sonra gələn raşidi xəlifələrin - Əbu Bəkr əs-Siddiq, Ömər bin Əl-Xəttab, Osman bin Əffan və Əli ibn Əbi Talibin (Allah onların hamısından razı olsun) yolundan bərk yapışmaqdır və azı dişləri ilə bu yola sarılmaqdır. Bu misalla sünnəyə əməl etməyin və ondan bərk yapışmağın əhəmiyyətini nəzərdə tuturdu. Onları dindəki bidətlərdən (yeniliklərdən) çəkindirdi, çünki hər bir bidət zəlalətdir.فوائد الحديث
Sünnəyə sarılmaq və ona tabe olmağın əhəmiyyəti.
Moizələrə və qəlblərin yumşalmasına verilən önəm.
Ondan sonra gələn raşidi xəlifələrinə- Əbu Bəkr əs-Siddiq, Ömər bin Əl-Xəttab, Osman bin Əffan və Əli bin Əbi Talibə (Allah onların hamısından razı olsun) tabe olmağın əmr edilməsi.
Dində yeniliyin qadağan edilməsi və dindəki hər yeniliyin zəlalət olması.
Möminlərə rəhbərlik edən şəxsə -günahlardan başqa- digər məsələlərdə tabe olub, itaət etməyin əmr edilməsi.
Bütün zaman və hallarda izzət və cəlal sahibi olan Allahdan qorxmağın əhəmiyyəti.
Bu ümmətdə ixtilaflar baş verəcək, bu baş verdikdə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) və raşidi xəlifələrinin yoluna müraciət etməyin vacibliyi.