Ey Allahın elçisi, Sədin anası vəfat etdi, hansı sədəqə daha fəzilətlidir? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Su sədəqəsi". Dedi: Bir quyu qazdı və "bu Sədin anası üçündür" dedi

Ey Allahın elçisi, Sədin anası vəfat etdi, hansı sədəqə daha fəzilətlidir? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Su sədəqəsi". Dedi: Bir quyu qazdı və "bu Sədin anası üçündür" dedi

Səd bin Ubədədən-radiyallahu anhu- belə söylədiyi rəvayət edilir: Ey Allahın elçisi, Sədin anası vəfat etdi, hansı sədəqə daha fəzilətlidir? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Su sədəqəsi". Dedi: Bir quyu qazdı və "bu Sədin anası üçündür" dedi.

الشرح

Səd ibn Ubədənin-radiyallahu anhunun- anası vəfat etdi və o, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) anasının adından sədəqə verməsi üçün ən yaxşı sədəqə növü haqqında soruşdu? O (Allahın salavatı və salamı onun üzərinə olsun) ona xəbər verdi ki, ən xeyirli sədəqə sudur. Ona görə də bir quyu qazıb onu anasının adından sədəqə olaraq verdi.

فوائد الحديث

Suyun sədəqənin ən yaxşı növü olduğunun bəyanı.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Sədi su sədəqəsinə yönəltdi; çünki o həm dini, həm dünyəvi işlərdə, şiddətli isti, ehtiyac və su çatışmamazlığı səbəbindən daha faydalıdır.

Sədəqələrin savablarının ölülərə çatmasına dəlil.

Səd bin Ubədənin- radiyallahu ənhu- anasına-radiyallahu ənhə- olan yaxşılığı.

التصنيفات

Vəqf etmək, Nafilə sədəqə