Allah qiyamət günü sizlərin hər birinizlə arada tərcüməçi olmadan danışacaq

Allah qiyamət günü sizlərin hər birinizlə arada tərcüməçi olmadan danışacaq

Adiy bin Hatimdən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, belə demişdir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: Allah qiyamət günü sizlərin hər birinizlə arada tərcüməçi olmadan danışacaq və O, sağına baxıb yalnız etdiyi əməlləri görəcək, soluna baxıb yalnız etdiyi əməlləri görəcək, qarşısına baxıb yalnız odu görəcək, xurmanın yarısı ilə da olsa, (sədəq verməklə) oddan qorunun.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, hər bir mömin Qiyamət günü Allahın hüzurunda tək dayanacaq və Uca Allah onunla vasitəçi olmadan danışacaq və onların arasında bu sözləri tərcümə edəcək bir tərcüməçi olmayacaq. Və o, şiddətli qorxudan sağa-sola baxacaq ki, bəlkə qarşısındakı oddan xilas olmaq üçün bir yol tapar. Sağ tərəfinə baxdıqda, ancaq etdiyi yaxşı əməlləri görəcək. Soluna baxdıqda isə, ancaq etdiyi pis əməlləri görəcək. Qarşısına baxdıqda, oddan başqa bir şey görməyəcək və ondan yan keçməli olduğu üçün yalnız siratdan keçməlidir. Sonra o (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Cəhənnəmlə öz aranızda hətta xurmanın yarısı kimi kiçik bir şeylə olsa da belə, sədəqə və saleh əməllər ilə sipər çəkin.

فوائد الحديث

Az da olsa sədəqə verməyə, gözəl xüsusiyyətlərlə əxlaqlanmağa, insanlarla mehribanlıqla və yumşaq sözlərlə rəftar etməyə təşviq etmək.

Uca Allah Qiyamət günü quluna yaxın olacaq, belə ki, onların arasında nə pərdə, nə vasitəçi, nə də tərcüməçi olmayacaq. Buna görə də mömin Rəbbinin əmrinə qarşı gəlməkdən çəkinməlidir.

İnsan verdiyi sədəqəni, az da olsa, xor görməməlidir, çünki o cəhənnəmdən qoruyandır.

التصنيفات

Ad və sifətlər tövhidi, Nafilə sədəqə