“Səhabələrimi söyməyin! Əgər sizdən biriniz Uhud dağı qədər qızıl xərcləsə belə, onların birinin bir müdd (bir ovuc qədər) sədəqəsinə, hətta onun yarısına da çata bilməz”

“Səhabələrimi söyməyin! Əgər sizdən biriniz Uhud dağı qədər qızıl xərcləsə belə, onların birinin bir müdd (bir ovuc qədər) sədəqəsinə, hətta onun yarısına da çata bilməz”

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, dedi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: “Səhabələrimi söyməyin! Əgər sizdən biriniz Uhud dağı qədər qızıl xərcləsə belə, onların birinin bir müdd (bir ovuc qədər) sədəqəsinə, hətta onun yarısına da çata bilməz”.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələri, xüsusən də İslamı ilk qəbul edən və öndə gedən mühacir və ənsarları söyməyi qadağan edərək xəbər verir ki, insanlardan biri Uhud dağı boyda qızıl sədəqə versə, onun savabı səhabələrdən birinin verdiyi bir mudd- orta ölçülü adamın ovuclarını dolduracaq miqdar - yemək və ya onun yarısının savabına çatmaz. Bu, onların ixlaslarının çoxluğu, niyyətlərinin saflığı, Məkkənin fəthindən əvvəl ehtiyacın şiddətli olduğu vaxt hər kəsdən qabaq Allah yolunda xərcləmələri və döyüşlərdə iştirak etdiklərinə görədir.

فوائد الحديث

Səhabələri (Allah onlardan razı olsun) söymək haramdır və böyük günahlardandır.

التصنيفات

Səhabələr (Allah onlardan razı olsun) barədə etiqad