إعدادات العرض
Ey Abbas, ey Allah Rəsulunun əmisi, Allahdan dünya və axirətdə salamatlıq istə
Ey Abbas, ey Allah Rəsulunun əmisi, Allahdan dünya və axirətdə salamatlıq istə
Əl-Abbas bin Əbdul-Muttalibdən- radiyallahu anhu- belə söylədiyi rəvayət edilir: Dedim: Ey Allahın Rəsulu, mənə elə bir şey öyrət ki, onu izzət və cəlal sahibi olan Allahdan istəyim. Dedi: “Allahdan salamatlıq istə!” Mən bir neçə gün gözlədim, sonra yenə gəlib dedim: “Ey Allahın Rəsulu, mənə elə bir şey öyrət ki, onu Allahdan istəyim. Mənə dedi: "Ey Abbas, ey Allah Rəsulunun əmisi, Allahdan dünya və axirətdə salamatlıq istə"
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa മലയാളം Kurdî অসমীয়া Kiswahili Tiếng Việt ગુજરાતી Nederlands සිංහල پښتو ไทย नेपाली Кыргызча Malagasy Svenska Română తెలుగు ქართული Moore Српски Magyar Português Македонски Čeština Українськаالشرح
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisi, Al-Abbas bin Əbdul-Muttalib Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) ona, Allaha edəcəyi bir dua öyrətməyini istəyir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da ona Allahdan dində, dünyada və axirətdə, bəla və eyiblərdən salamatlıq və afiyət diləməyini öyrətdi. Əl-Abbas dedi: Bir neçə gündən sonra yenidən ondan Allaha edəcəyim bir dua öyrətməsi üçün yanına qayıtdım. O, isə əmisinə sevgiylə bu sözləri söylədi: Ey Abbas, ey Allahın Elçisinin əmisi, dünya və axirətdə bütün zərərləri uzaqlaşdırmaq və bütün xeyir və faydanı əldə etmək üçün Allahdan afiyət istə.فوائد الحديث
Əl-Abbas ikinci dəfə soruşduqda Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) eyni cavabı təkrarlaması, qulun Rəbbindən istədiyi ən yaxşı şeyin afiyət olduğuna dəlalət edir.
Afiyətin(Salamatlığın) fəzilətini və onun dünya və axirətdə xeyiri cəm etməsini bəyan etmək.
Səhabələrin-Allah onlardan razı olsun- elmi və xeyiri artırmağa olan hərislikləri.
التصنيفات
Varid olan dualar